Kənd təsərrüfatı məhsulları Bakıya arayış əsasında da gətirilə bilər - RƏSMİ
Kənd təsərrüfatı məhsulları Bakıya arayış əsasında da gətirilə bilər - RƏSMİ
Nazirlər Kabineti xüsusi karantin rejimində orta və böyük tonnajlı yük maşınları ilə kənd təsərrüfatı məhsullarının rayonlar arasında, o cümlədən rayonlardan Bakı və digər böyük şəhərlərə daşınması proseduruna aydınlıq gətirib.
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən "Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat"a əsasən, fermerlərin kənd arasında hərəkətləri sərbəstdir, kəndlərarası hərəkət və rayona gedib-gəlmək üçün kənd icra nümayəndəsindən, rayonlararası hərəkət üçün isə mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.
Fermerlərin məhsullarını alaraq Bakı və digər böyük şəhərlərdə satış mərkəzlərinə çatdıran təchizatçılara gəlincə, İ. Məmmədov qeyd edib ki, əgər təchizatçı kimi VÖEN-i varsa, icazə.gov.az vasitəsi ilə icazə alınmalıdır: "Əgər yük daşıyan hansısa şirkətin əməkdaşıdırsa, həmin şirkət bunun üçün icazə.gov.az vasitəsi ilə icazə almalıdır. Bu icazə alındıqdan sonra yüklər sərbəst daşına bilər. Çünki Nazirlər Kabinetinin qərarına əsasən, yükdaşıma sərbəstdir".
İ. Məmmədov bildirib ki, indiyə qədər kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olmuş təchizatçılardan hansının VÖEN-i yoxdursa, onlar orta və iri tonnajlı yük maşını ilə Bakıya kənd təsərrüfatı məhsulları gətirmək üçün yerli icra hakimiyyəti orqanından arayış almalıdır: "Tutaq ki, Qazaxdan, Tovuzdan bir "KamAZ" kartof gətirir. İcra hakimiyyətindən arayış alıb, sərbəst şəkildə kənd təsərrüfatı məhsulları yüklənmiş yük maşını ilə Bakıya gələ bilər".
Qeyd edək ki, Milli Məclisin son iclasında da bəzi millət vəkilləri kənd təsərrüfatı məhsullarının Bakıya daşınması sahəsində problemlərin olduğunu, hətta rayonda istixanalarda məhsulları olan sahibkarların məhsullarını Bakıda pulsuz paylamağa hazır olduqlarını bildirmişdi. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var