Kənd təsərrüfatında çalışanların sosial yükü azaldılacaq

Kənd təsərrüfatında çalışanların sosial yükü azaldılacaqKənd təsərrüfatında çalışanların sosial yükü azaldılacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı "Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi"ndə deyilir.
Bildirilir ki, mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.
Misal 1: 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.
Habelə torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim edilib. Təkliflər paketində bir sıra vergi güzəştləri və tətillər nəzərdə tutulur.
Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergiödəyicilərinə 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir. Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, bu il yanvarın 1-dən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi planlaşdırılır.
Bundan başqa, pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergiödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur. Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün vergi güzəştlərinin verilməsi planlaşdırılır. Bir sıra vergi güzəştləri və azadolmaların bütün sahibkarlıq subyektlərini əhatə etməsi gözlənilir. Məcburi dövlət sosial sığorta haqqı dərəcələri endirilə bilər. Həmçinin sabit qəbz və fərqlənmə nişanı ilə çalışanların sosial sığorta yükü də azaldılacaq.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 22 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun son xabar bugunun xeberleri xeberler bugun 2026