Kennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEO

Kennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOKennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEO
Ağ Ev ilk dəfə olaraq sabiq ABŞ prezidenti Con Kennedinin öldürülməsinə dair minlərlə sənədin tam şəkildə yayımlanmasına göstəriş verib.
Məlumata görə, 13 173 faylın internetdə dərci ilə kolleksiyadakı qeydlərin 97%-dən çoxu ictimaiyyətə açılıb.
Mətbuat yeni nəsə səs-küylü açıqlamalar gözləmir, lakin tarixçilər ehtimal olunan qatil haqqında daha çox məlumat əldə etməyə ümid edirlər.
Qeyd edək ki, Kennedi 1963-cü il noyabrın 22-də Dallasda (Texas) olarkən güllələnib.

1992-ci il qanunu hökumətdən 2017-ci ilin oktyabrına qədər qətlə dair bütün sənədləri açıqlamağı tələb edir. Prezident Co Bayden də qanuna müvafiq olaraq bununla bağlı son sənədlərin yayılmasına icazə verən sərəncam imzalayıb, lakin bəzi faylların təhlükəsizlik səbəbindən 2023-cü ilin iyun ayına qədər gizli saxlanılacağını deyib. ABŞ Milli Arxivi bununla bağlı 515 sənədin tamamilə məxfi qalacağını, daha 2 545 sənədin isə qismən gizlədiləcəyini bildirib.
Uorren Komissiyası Kennedinin ABŞ vətəndaşı Li Qarvi Osvald tərəfindən öldürüldüyünü və onun tək hərəkət etdiyini müəyyən edib.
Kennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOOsvald həbsindən iki gün sonra Dallas Polis İdarəsinin zirzəmisində öldürülüb.
Kennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOCon Kennedinin ölümü onillərlə sui-qəsd nəzəriyyələrinə səbəb olub, lakin cümə axşamı Milli Kəşfiyyat İdarəsi ABŞ kəşfiyyatının Osvaldla "heç vaxt məşğul olmadığını" və ya onun haqqında məlumatları ABŞ müstəntiqlərindən gizlətmədiyini bəyan edib.
Hadisəni araşdıran alim və nəzəriyyəçilər ümid edirdilər ki, son nəşr Osvaldın 1963-cü ilin oktyabrında Mexikoya səfəri və orada SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (KQB) zabiti ilə görüşməsi barədə daha çox məlumat toplamağa imkan verəcək.
Kennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOMərkəzi Kəşfiyyat İdarəsi isə son bəyanatında agentliyin onun Mexikoya səfəri ilə bağlı bütün məlumatların daha əvvəl açıqlandığını bildirdi və 2022-ci il buraxılışında bu mövzuda yeni məlumat olmadığını əlavə etdi.
Lakin sənədləri yaymaq üçün hökuməti məhkəməyə verən qeyri-kommersiya təşkilatı "Meri Ferrell Fondu"nun tədqiqatçıları MKİ-nin Osvaldın Meksikada keçirdiyi vaxtla bağlı məlumatları ört-basdır etdiyini bildiriblər. Fond bildirib ki, MKİ-nin bəzi yazıları heç vaxt arxivə daxil olmayıb və buna görə də nəşr olunan partiyaya daxil edilməyib.
Kennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOBu yaxınlarda dərc edilmiş sənədlərdən birində göstərilir ki, Meksika prezidenti hökumət rəsmilərinin xəbəri olmadan Meksikadakı Sovet səfirliyinin telefonlarının dinlənilməsində ABŞ-a kömək edib. "CBS News" xəbər verir ki, bu məlumat faylın əvvəllər buraxılmış versiyasını redaktə etməklə gizlədilib.
Ağ Ev bildirib ki, sənədlərin yayılması ictimaiyyətə qətlin araşdırılmasını daha yaxşı başa düşməyə imkan verəcək.
Qeyd edək ki, Tramp administrasiyası da qətllə bağlı minlərlə səhifə yayımlamışdı, lakin milli təhlükəsizlik səbəbiylə digərlərinin məxfi saxlanıldığı bildirilmişdi. 2021-ci ilin oktyabrında Bayden də 1500-ə yaxın sənədin yayımlandığını, lakin bəzilərinin möhürlü saxlanıldığını deyib.
Kennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOKennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOKennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOKennedi sui-qəsdi: Cinayətlə bağlı redaktə edilməmiş sənədlərin 97 faizi yayımlandı - FOTO/VİDEOMənbə: ZN.ua / oxu.az

Maraqlı       Tarix: 17 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər xabar az zelzele dunyada son xeberler