Kərim Vəliyev NATO-nun kontr-admiralı ilə görüşüb - FOTO

Kərim Vəliyev NATO-nun kontr-admiralı ilə görüşüb - FOTONoyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qonağı salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Ordusunun Baş Qərargah rəisi azad edilmiş ərazilərdə postmüharibə dövründə görülən işlər barədə danışıb.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.
Səmimi qəbula görə minnətdarlığını ifadə edən kontr-admiral Q.Brusdal Azərbaycanın Şimali Atlantika Alyansının etibarlı tərəfdaşı olduğunu xüsusi vurğulayıb, ölkəmizin terrorizmə qarşı mübarizədə fəal iştirakını, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO qərargahlarındakı fəaliyyətlərini, habelə beynəlxalq sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Kərim Vəliyev NATO-nun kontr-admiralı ilə görüşüb - FOTO/ azxeber.com

Siyasi       Tarix: 21 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər son xeberler 2026 cəbhədən son məlumatlar valyuta