Kərki və Başkənd yenidən gündəmdə - Ermənistanda anklav qalmaqalı böyüyür
Ermənistanda seçkiöncəsi siyasi debatlar fonunda anklav məsələsi yenidən gündəmə gəlib və hakimiyyətin mövqeyi ətrafında mübahisələr dərinləşib.
KONKRET.az xəbər verir ki, keçmiş ombudsman və Vahidlik Qanadları Partiyasının lideri Arman Tatoyan hökumətin Kərki və Başkəndlə bağlı yanaşmasını sərt tənqid edib.
Tatoyan Tavuş bölgəsindəki ərazilərlə Kərki kəndinin Başkəndlə müqayisə edilməsinin təhlükəsizlik baxımından yanlış olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələyə yanaşma dəyişdirilməli və anklav mövzusu siyasi manipulyasiya predmetinə çevrilməməlidir.
Keçmiş ombudsman hesab edir ki, anklavlarla bağlı proseslər Ermənistan üçün ciddi təhlükəsizlik riskləri yarada bilər. O bildirib ki, bu məsələdə əsas məqsədin ərazi balansı deyil, regiondakı strateji vəziyyətə təsir göstərmək olduğu düşünülür.Musavat.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK