Kəskin hava şəraitində insanlar nələrə diqqət etməlidirlər? - FOTO
Kəskin hava şəraitində insanlar nələrə diqqət etməlidirlər? - FOTO
"Havaların kəskin dəyişməsi insanların fizioloji və psixoloji vəziyyətinə hər zaman təsir göstərir".
Bu sözləri kəskin hava dəyişkənliyi ilə əlaqədar Oxu.Az-a açıqlamasında terapevt Sübhan Hacıyev deyib.
Onun sözlərinə görə, sağlam insanlarda adaptasiya prosesi çox sürətlə getdiyi üçün hər hansı bir patoloji hal yaşamırlar:
"Uşaqlar, xüsusən körpələr, hamilə qadınlar, yaşlılar və ağır xroniki xəstəlikləri olan pasiyentlərimiz hər zaman bu cür hava dəyişkənliyindən əziyyət çəkirlər. İlkin olaraq altda yatan xəstəlikləri kəskinləşir. Ürək-damar, şəkərli diabet, tənəffüs yolları və allergik xəstəliklərdən əziyyət çəkən insanlarda bu xəsətəliklər provokasiya olunur. Qıcıqlandığı üçün kəskinləşmə dönəminə daxil olurlar".
S.Hacıyev qeyd edib ki, xəstəliklərdən qorunmaq üçün mövsümə uyğun qidalanmalıdırlar:
"Soyuq qış aylarında çox rast gəlinən xəstəlik yuxarı və aşağı tənəffüs yolları virus infeksiyaları olur. Bunlar adenovirus, influenza, koronavirus infeksiyalarıdır ki, bir müddət sonra müalicə olunmasa, bakteriyalar vəziyyəti ağırlaşdıra bilər. Bu da pnevmoniya kimi ağır xəstəliklərə gətirib çıxarar.
Sadalanan fəsadlardan qorunmaq üçün insanlarımız bayıra çıxarkən mövsümə uyğun geyinməli, qidalanmalıdırlar. Mədə-bağırsaq sistemində xəstəliyi olmayanlar xəmir xörəklərindən, ədviyyatlardan, isti yeməklərdən, sarımsaq kimi tərəvəzlərdən istifadə etməlidirlər".
Həkim əlavə edib ki, insanlar qış aylarında gün ərzində bir litr yarım isti maye qəbul etməlidirlər:
"İdmana xüsusilə diqqət etməlidirlər. Günün ən azı bir saatını idmana həsr etməlidirlər. Yuxu rejimi normasında olmalıdır. Hər hansı bir zökəm əlamətlərində də C, D vitaminləri, sink, selen kimi mikroelementlərdən istifadə etməlidirlər".
Nəzrin Vahid

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR