"Kiçik Qiyamət" üçün tarix açıqlandı: Uşaqlarımız həmin günü görəcəklər - FOTO

"Kiçik Qiyamət" üçün tarix açıqlandı: Uşaqlarımız həmin günü görəcəklər - FOTO
"Bu əsrin sonuna qədər Yer kürəsindəki bütün canlı növlərinin dörddəbirindən çoxunun nəsli kəsiləcək".
Bu qorxunc proqnoz Kanadada keçirilən BMT-nin Bioloji Müxtəliflik Konfransında (COP15) avropalı alimlər tərəfindən verilib.
Onların sözlərinə görə, 2100-cü ilə qədər Yerdəki həyatın əhəmiyyətli hissəsi yox olacaq.
Mütəxəssislər iqlim dəyişikliyi və resurslardan düzgün istifadə edilməməsi nəticəsində dünyada biomüxtəlifliyin azalmasının qısa müddətdə sürətlənəcəyini proqnozlaşdırıblar.
Avstraliyalı və avropalı alimlər Yerin gələcəyi ilə bağlı proqnozlar vermək üçün superkompüter vasitəsilə "virtual Yer" modelini hazırlayıblar. Əldə edilən nəticələrə görə, 2050-ci ilə qədər dünyada mövcud bitki növlərinin 10 faizi yox olacaq, 2100-cü ilə qədər bu nisbət 27 faizə çatacaq.
Araşdırmada iqlim dəyişikliyi və artan insan fəaliyyətləri səbəbindən Yer kürəsi tarixində planetin 6-cı kütləvi yox olma prosesinə girdiyi diqqətə çatdırılıb.
"Bu gün doğulan uşaqlar 70 yaşına çatanda minlərlə bitki növünün və kiçik böcəklərdən tutmuş fillərə, koalalara qədər minlərlə canlının nəslinin kəsildiyinin şahidi olacaqlar", - deyə tədqiqat qrupundan biri olan professor Kori Bredşou xəbərdarlıq edib.
Tədqiqatlardan aydın olub ki, son bir əsrdə hər il orta hesabla iki növ onurğalının nəsli kəsilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, planetimizdə 42 mindən çox növ nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Yer kürəsi öz tarixi boyu beş kütləvi yox olma hadisəsi yaşayıb. Bunlardan ən məşhuru 66 milyon il əvvəl meteoritin Yerə düşməsi ilə dinozavr növlərinin məhvidir.
Mənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 21 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər xabar az zelzele dunyada son xeberler