Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTO

Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTOKino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTO
Dövlət Statistika Komitəsi yanvar-mart aylarında Azərbaycana səfər edən əcnəbilərin sayını açıqlayıb. Statistikaya görə, gələnlərin 31,7 faizi Rusiya, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşları olub. Rəqəmlərdən aydın olur ki, Asiya ölkələrindən Azərbaycana ən çox turist Hindistandan gəlib. Hindistanlı turistlərin çoxaldığını şəhərin mərkəzi küçələrində gəzərkən real olaraq görmək mümkündür.
Maraqlıdır, hindistanlı turistləri Azərbaycana gətirən səbəblər hansılardır?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTOAzərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, Hindistan ilk dəfədir bu siyahıda 5-ci pillədədir:
"Bu gözlənilən idi, say daha da artacaq. Çünki Hindistan turist cəlb etmək baxımından hədəf ölkələrdən olub. Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi və müxtəlif turizm şirkətləri Hindistan bazarı üçün müxtəlif turizm təklifləri hazırlayıb. Əhali sayı çox olduğu üçün bu bazardan daha çox turist cəlb edə bilirik. Həmçinin Hindistan bazarında artıq müxtəlif təşviqat işləri aparılıb və aparılmaqdadır. Təbii ki, bu təşviqat Azərbaycana marağı artırır. Bugünkü statistika öncədən düşünülən addımların nəticəsidir". 
Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTOTurizm mütəxəssisi vurğulayır ki, Bakı ilə Dehli arasında birbaşa aviareys açılması da Hindistan vətəndaşlarının istirahət üçün Azərbaycanı seçməsinə imkan yaradıb:
"Şəhərlər arasında rahat bağlantı var. İkitərəfli gediş-gəliş biletləri normal, Hindistan bazarında xeyli insan üçün uyğun qiymətədir. Bundan əlavə, hindistanlı turistlərin Azərbaycana gəlməsi üçün viza rejimi rahat, əlçatandır. Bu da turistlərin sayına təsir edib".
Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTOTəbii ki, ən əsas səbəblərdən biri də ölkəmizin gözəlliyidir. Mütəxəssis vurğulayır ki, bizi Hindistanla bağlayan maraqlı məqamlar da var:
"Azərbaycan təbiəti, infrastrukturu, turizm imkanları, tarixi memarlıq abidələri, gəzməli-görməli yerləri, mətbəxi ilə çox məşhurdur. Həm də bizi Hindistanla bağlayan maraqlı məqamlar da var. Vaxtilə Azərbaycan ərazisində atəşpərəstliyin yayılması, onlara aid olan məbədlər, xüsusilə də Atəşgah məbədi, regionlarda olan bəzi abidələr onların marağına səbəb olur. İpək yolunu da yaddan çıxarmaq olmaz. Hansı ki, vaxtilə ölkələri ticarət əlaqələri ilə bağlayıb. Bu faktlar Hindistan turistləri üçün maraqlıdır".
Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTOHindistanlı turistlərin ölkəmizdə istirahət etmələri üçün səbəblər çox olsa da, onların sayının belə nəzərəçarpacaq dərəcədə artması həmsöhbətimiz üçün də gözlənilməz olub:
"Təəccüblüdür. Düşünürəm ki, sayın çox olmasına səbəb turizmdən əlavə, Azərbaycan biznes mühitinin hindistanlılara uyğun olmasıdır. Ölkəyə gələn Hindistan vətəndaşlarının heç də hamısı turist deyil. Onların bir hissəsi işgüzar insanlardır. Burada investisiyalar üçün münbit şərait var. Bu səbəbdən də onlar Azərbaycan bazarına maraq göstərirlər". 
Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTOTurizmçi Ceyhun Aşurov isə deyir ki, Azərbaycan istirahət və film destinasiyası kimi Hindistanın marağını cəlb edir:
"Ölkəmizin dünyada 6 turizm nümayəndəliyi var ki, onların da biri Hindistandadır. Bu nümayəndəliklər Azərbaycanın turizm məkanı kimi tanıdılmasına, uyğun marşrutların hazırlanmasına və həmin bölgələrdən turistlərin cəlb olunmasına xidmət edir. Hindistandan gələn turistlərin sayında əvvəlki illərlə müqayisədə 4 dəfədən çox artım olub. Bu ölkədən turistlərin çox gəlməsi 2016-cı ildən sonra başlayıb. Bu dövrdə il ərzində 6000-ə yaxın turist gəlirdisə, 2017-ci ildə bu rəqəm 14 minə çatıb. 2018-ci ildə 39 min, 2019-cu ildə isə 65 min olub. Pandemiya dövründə isə təbii olaraq, bu rəqəmlər azaldı. Hindistandan gələn turistlər individual deyil, əksəriyyəti qrup halında səfərlər edirlər. Pandemiyaya qədər biz görürdük ki, sözügedən ölkədən Azərbaycana kino çəkmək məqsədilə ayrı-ayrı qruplar gəlir. İçərişəhərdə, Bakıda, müxtəlif regionlarda kino çəkilişləri həyata keçirirdilər. Bu da filmi seyr edən insanlara Azərbaycanın maraqlı turizm ölkəsi kimi tanıdılmasında xüsusi rol oynayırdı".
Kino çəkmək, toy etmək, yoxsa istirahət? - ARAŞDIRMA + FOTOMütəxəssis  deyir ki, statistikanın artmasında ikinci ən böyük faktor Azərbaycanın hindistanlılar arasında toy məkanı kimi seçilməsidir:
"Hindistan toyları dünyada məşhurdur. Onlar qohum-əqrəbaları ilə birlikdə bəzən 100 nəfərlik qruplarla ölkələrə gedirlər və toy edirlər. Bu, onlar üçün ənənədir. Biz pandemiyaya qədər şəhərdə olan 5 ulduzlu otellərin restoranlarında Hindistan toylarını müşahidə edirdik. İndi də elədir. Hindistanlı turistlər üçün Azərbaycan həm də maraqlı toy destinasiyasıdır". / oxu.az

Turizm       Tarix: 19 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler xabar az xankendi xəbər