Kipr odla oynayır: Türkiyənin cavabı AĞIR OLACAQ! - Generaldan AÇIQLAMA

Kipr odla oynayır: Türkiyənin cavabı AĞIR OLACAQ! - Generaldan AÇIQLAMACənubi Kipr dövləti PKK-PYD terror təşkilatının 12 yanvarda ölkədə ofis açmasına və fəaliyyətinə icazə verib. Bu, tamamilə yanlış addımdır və odla oynamaqdır.
KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Onun sözlərinə görə, atılan addımların iki əsas məqsədi var:
"Cənubi Kiprin atdığı addımın iki əsas məqsədi var: birincisi, terrorla iç-içə olmaqdır. Biz bu hallarla əvvəldən tanışıq. Yunanıstan və Cənubi Kipr əvvəllər də PKK və ASALA-ya dəstək verib, burada onların düşərgələri olub. Sözügedən açılışa millət vəkillərinin, KİV nümayəndələrinin qatılması Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşlarının qanına əlini batıran Cənubi Kiprin öz xislətini göstərməsi baxımından önəmlidir. İkincisi isə bu addım Türkiyəyə qarşı atılıb. Aralıq dənizində Türkiyəni Antalya körfəzinə sıxışdırmaq istəyən güclər indi də Cənubi Kipr kimi proksi dövlət üzərindən terror təşkilatlarını və separatçı qüvvələri işə salmaq istəyirlər. Ayrıca bu ofisin rəhbərliyinə PKK terror təşkilatına üzv olan bir şəxsin gətirilməsi Cənubi Kiprin sözügedən terror təşkilatı ilə əməkdaşlığını açıq şəkildə sübut edən məqamlardandır".
General terror təşkilatının yalnız ofislə kifayətlənməyəcəyini, təhlükə anında isə Türkiyənin ən sərt şəkildə cavab verəcəyini vurğulayıb:
"Əlbəttə ki, atılan addımın davamı var. 12 yanvardan etibarən rəsmi şəkildə bu dövlətdə təmsil olunan terror təşkilatı üzvlərinə orada təlim keçməsi, yaşaması və s. məsələlər gündəmə gələcək. Türkiyənin vitse-prezidenti Fuad Oqtay başda olmaqla, XİN rəhbəri Mövlud Çavuşoğlu və AKP sədrinin müavini Numan Qurtulmuş Cənubi Kiprə anladığı üslubda lazımi cavabı verib. Bunlar ancaq 1974-cü ildə başlarına enən "Dəmir Yumruq" dilindən anlayırlar. Türkiyə Cənubi Kiprdəki terrorçuların Şimali Kiprdəki soydaşlarımıza və ölkəmizə qarşı terror aktı törətmələri halında beynəlxalq hüquqa görə onlara birbaşa müdaxilə haqqını özündə saxlayır. Suriyada və İraqdakı terrorçular Türkiyənin gücünü dəfələrlə görüblər. Ancaq Cənubi Kipr 1974-dən sonra bunu unudub. Lakin onlar addım atarkən və tərəf seçərkən çox diqqətli olmalıdırlar. Çünki rəsmi Ankara prosesi ciddi şəkildə izləyir və Cənubi Kiprin terrorçulara rəsmi şəkildə qucaq açmasını həm özünə, həm də Şimali Kiprə qarşı birbaşa təhdid olaraq qəbul edir, real təhlükə anında isə lazımi addımlar qətiyyətli şəkildə atılacaq.
Yunanıstan və Cənubi Kipr maşa dövlətləridir və onların müxtəlif dövrlərdə ASALA və PKK kimi terrorçuları öz ağuşuna alması beynəlxalq təhlükəsizlik baxımından da təhlükəlidir. Türkiyə və Şimali Kipr ancaq dünyada sülhün və sabitliyin bərqərar edilməsi üçün çalışır, heç bir başqa ölkənin torpağına da iddiası yoxdur. Ona görə də heç kim Türkiyənin qarşısında olmamalı, səbrimizi sınamamalıdır. Tarix ölkəmizə düşmənçilik edənlərin qarşılaşdıqları acı aqibət nümunələri ilə doludur. Bu acı aqibətə, məğlubiyyətə yenidən düçar olmaq istəyənlər yenə terrorçulara dəstək verməyə davam edə bilərlər".

Siyasi       Tarix: 23 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 kriminal xeber en son xeberler zelzele