Kirayə ev axtaranların NƏZƏRİNƏ! - Sizin də başınıza gələ bilər - VİDEO

Kirayə ev axtaranların NƏZƏRİNƏ! - Sizin də başınıza gələ bilər - VİDEOAlqı-satqı saytlarında kirayə mənzil axtaran vətəndaşlar bu xəbəri oxuyun, çünki, bəzi şəxslər saytlarda hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Qiymətin ucuz olduğunu görən vətəndaş isə təbii ki, evi əldən buraxmamaq üçün həmin şəxsin bank hesabına beh göndərməli olur. Sonda isə nə kirayə evə köçə, nə də ki verdiyi pulu ala bilir. Belə bir hadisə ilə Bakı şəhər sakini Hüseyn Həsənov qarşılaşıb. Hadisənin təfərrüatlarını təqdim edirik.
Azxeber.com-un "Xəzər Xəbər"ə istinadən məlumatına görə, elan saytlarından birindən kirayə ev tutmaq istəyirdi, ancaq aldadıldı. Özünü evin sahibi kimi təqdim edən şəxs ondan 200 manat beh alaraq yoxa çıxıb.
Belə bir hadisə ilə Bakı şəhər sakini Hüseyn Həsənov qarşılaşıb. O, deyir ki, sentyabrın 18-də elan saytlarının birində yerləşdirilən mənzili kirayə tutmaq üçün qeyd olunan mobil nömrə ilə əlaqə saxlayıb. Telefona cavab verən Abbas adlı şəxs ona bildirib ki, hazırda evdə gənc qızlar qalır və bu səbəbdən də mənzilə baxa bilməz. Ancaq, yaxın vaxtlarda mənzil tam boşaldılacaq.
Abbas adlı şəxs Hüseynin votsap nömrəsinə şəxsiyyət vəsiqəsinin fotosunu da göndərib. Bundan sonra aldadılmayacağına inanan Hüseyn Həsənov onun verdiyi bank hesabına 200 manat pulu beh şəkilində göndərib.
Maraqlı məqam ondan ibarətdir ki, həmin şəxs Hüseynin də şəxsiyyət vəsiqəsinin fotosunu onun votsap nömrəsinə göndərməsini bildirib. Zərərçəkmiş iddia edir ki, əslində göndərilən vəsiqə Abbasa aid deyil.O telefon danışığında da özünü yalandan Abbas adı ilə təqdim edib.
Bundan sonra, həmin şəxsin mobil nömrəsinə zəng çatmayıb. Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyi alqı-satqı saytları üzərindən dələduzluq edən şəxslərlə bağlı əhaliyə müraciət etmişdi. Mütəxəssislər tövsiyə edirlər ki, belə halla qarşılan vətəndaşlar 102 Zəng-Mərkəzinə və ya ərazi üzrə polis orqanına müraciət edə bilərlər.

Sosial       Tarix: 19 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 avqust 2026-cı il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək istəyə

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Azərbaycanda 53 yaşlı həkim göldə batdı

Goranboy rayonunda 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb. Teleqraf-a istiandla xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb. 53 yaşlı qadının meyiti göldən çıxarılıb. Qadının Goranboy rayon Təcil


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber butun xeberler zelzele