Kirayə evlər bahalaşacaq – Bu tarixdən
Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə oluğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.
Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.
Belə olan halda kirayə qiymətlərində artım gözlənilirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Ramil Qasımzadə bildirib ki, hazırda kirayə evlərin qiymətləri stabildir:
"Ancaq tələbələrin kirayə ev axtarışının başlaması birlikdə bu ayın axırından etibarən stabillik pozulacaq. Bu dəyişiklik davam edə bilər, çünki ötən illərdə artan qiymətlərin sonradan enmədiyi müşahidə edilib".
Evlərin qiymətləri artdığı üçün kirayələrin də qiyməti artacaq.
"Sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymələrində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimium 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır", - deyə müsahibimiz bildirib.
Ramil Qasımzadə COP29-un kirayə qiymətlərinə təsiri barəsində də öz münasibətini bildirib:
"COP29 zamanı isə otellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək". / azxeber.com

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ