Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR: evlisinizsə və kreditiniz olubsa... - DETALLAR

Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR: evlisinizsə və kreditiniz olubsa... - DETALLARYaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymətləndirmələrinə görə, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq.
Məhz bunu nəzərə alan CESD, beyin mərkəzi olaraq kirayə mənzillərə müraciətlə bağlı şərtlərin təhlilini aparıb. Təhlillər göstərir ki, kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr, qismən orta təbəqə üçün bir sıra çətinliklər yarada bilər.
Şərtlərə əsasən, müraciətçilər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə, kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.
Bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün təklif edirik ki, müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilsin. Çünki 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşlarımızın çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra, xüsusən, sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi, əksər hallarda, vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib. O baxımdan, biz müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılmasının tərəfdarı deyilik. Hesab edirik ki, qeyd olunan günlərin dəyişdirilməsinə ehtiyac var. Məsələn, qaydalara görə, əgər ərizəçinin 12 ay ərzində 90 gündən çox yubanması varsa, bu, mənfi qiymətləndirilir. Yaxşı olar ki, kredit tarixçəsi belə qısa müddətə müəyyənləşdirilməsin.
Şərtlərə uyğun olaraq ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar 2 hissəyə - subay və ailəli qruplarına ayrılacaq və kredit tariçəsinə uyğun olaraq vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək. Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50 %-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləği kifayət qədər böyük olur. Çünki 2020-ci ildən etibarən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 201 manat, uşaqlar üçün 170 manat, ölkə üzrə isə 190 manat səviyyəsində müəyyənləşdirilib. Bu isə o deməkdir ki, əgər ailədə, orta hesabla 4 nəfər varsa, o zaman 4 nəfərin xərci 760 manat edir və gəlirlərdən 760 manat çıxıldıqdan sonra xalis orta aylıq gəlir müəyyənləşir.
Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarxiçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eynidir. Yəni, müsbət kredit tarxiçəsi olan vətəndaşımızın da orta aylıq gəlirinin 70%-i, kredit tarxiçəsi mənfi hesab olunan vətəndaşımızın da xalis orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. Bu nöqtədən yanaşanda ailəli vətəndaşlarımız üçün kredit tarxiçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır. Əgər heç bir əhəmiyyət daşımırsa, kredit tarixçəsinin müsbət və ya mənfi olaraq qiymətləndirilməsinin əhəmiyyəti də başa düşülmür. Ərizəçi subay olduqda müəyyənləşdirilmiş faizlər subay vətəndaşlarımız üçün müraciət baxımından çətinliklər yaradır, çünki ərizəçi subay olduqda orta aylıq gəlirinin 50%-i maksimal ödəmə qabiliyyəti olaraq götürülür. Yəni, əgər vətəndaş subaydırsa və onun aylıq əmək haqqı 800 manatdırsa, ondan 190 manat çıxılır və qalan 610 manatın 50%-i götürülür. Aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın hətta kredit tarixçəsi müsbət olsa belə, onun üçün aylıq ödəmə məbləği maksimum 305 manatdır. Yəni, o, aylıq ödənişi maksimum 305 manat olan kirayə mənzilə iddia edə bilər. Bu isə o deməkdir, aylıq 800 manat qazancı olan subay vətəndaşımızın kredit tarxiçəsi müsbət olsa belə, kirayə mənzil üçün müraciət edib, ona sahib ola bilməyəcək.
Qənaətbəxş qiymətləndirildikdə də xalis aylıq orta gəlirin 40%-i müəyyənləşir. Yəni, aylıq əmək haqqı 800 manat olan subay vətəndaşımızın orta aylıq əmək haqqından 190 manat çıxıldıqdan sonra onun aylıq ödəniş məbləgi 244 manat olacaq. Bu isə o deməkdir ki, qənaətbəxş kredit tarxiçəsinə malik olan subay vətəndaşımız ayda 800 manat əmək haqqı alırsa, kirayə mənzilə sahib olma imkanları kifayət qədər çətinləşəcək.
Eyni zamanda, ailəli vətəndaşlar üçün 70%-in müəyyənləşdirilməsi də doğru deyil. Əgər ailədə 2 nəfər çalışırsa, onların birgə aylıq əmək haqqı 1500 manatdırsa və ailənin 4 nəfər üzvü varsa (2 valideyn, 2 uşaq), o zaman ailə üçün yaşayış minimumu 760 manatdır. 1500 manat 760 manat çıxıldıqdan sonra yerdə qalan gəlir 740 manatdır. Bu halda ailə maksimim 518 manat ödəniş qabiliyyətinə malik olan müraciətçi kimi götürüləcək. Bu isə o deməkdir ki, əgər 3 otaqlı mənzildə aylıq ödəniş haqqı 600 manat olacaqsa, ayda 1500 manat əmək haqqı alan və ailədə 2 uşağı olan ailə bu mənzillərə müraciət edib üçotaqlı mənzilə sahib ola bilməyəcək.
Deyilənləri nəzərə alaraq təklif edirik ki, öncə faizlərin dəyişdirilməsi həyata keçirilsin, çünki subay vətəndaşlarımız üçün müəyyənləşdirilmiş faizlər kifayət qədər sərtdir. Kirayə mənzillər həm də ona görə vacibdir ki, subay vətəndaşlarımız mənzilə sahib olub ailə qura bilsinlər. Amma mövcud şərtlər subay vətəndaşlarımızın mənzilə sahib olmaları üçün xeyli çətinliklər yaradır. Ailəli vətəndaşlarımıza münasibətdə də gəlirliliklə bağlı şərtlər kifayət qədər sərt olduğu üçün onların bu imkandan yararlanması çətinliklərlə müşayiət olunacaq.
Başqa çətinlik məhkumluğu olan vətəndaşlarımızın müraciət edə bilməməsi ilə bağlıdır. Fikrimizcə, bu məhdudiyyət diskriminasiyaya səbəb olur. Çünki hər hansı vətəndaşımız məhkumluq yaşayıbsa və islah olunubsa, həmin vətəndaşın yenidən işləmək, eyni zamanda mənzilə sahib olmaq hüququ var. Müraciət zamanı məhkumluğun meyar kimi nəzərə alınması arzuolunan deyil. Təklif edirik ki, bu məhdudiyyət tələblərdən çıxarılsın. Məhkumluq həyatı yaşamış vətəndaşlarımıza dəstək olmaq lazımdır ki, onlar yenidən cəmiyyətə inteqrasiya oluna bilsinlər.
Digər tərəfdən, hazırda paytaxda qalan vətəndaşlarımızın böyük bir qismi rayondan Bakıya gələnlərdir. Aparılan monitorinqlər gösətirir ki, həmin şəxslərin böyük bir qismi qeyri-formal məşğulluqda çalışırlar, yəni əmək müqaviləsi bağlanılmadan çalışırlar və ya əmək müqaviləsi baglanılsa da, əmək müqaviləsində məbləğ tam olaraq göstərilmir. Ona görə də daha məqsədəuyğundur ki, qeyri-formal məsğulluq olan vətəndaşlarımızın da məhz bu imkanlardan faydalanmasına imkan yaradılsın. Çünki kirayədə qalan vətəndaşlarımızın bu layihə ilə mənzilə sahib olması vacibdir. Amma onlar öz gəlirlərini rəsmiləşdirə bilmirlər və ya rəsmi gəliri təqdim etməkdə çətinlikləri mövcuddur. Nəzərə alsaq ki, İpoteka və Kredit Zəmanət Fondunun monitorinq aparmaq və bir sıra hallarda kredit verilən zaman zəmanət vermə imkanları var. O baxımdan biz təklif edirik ki, yalnız rəsmi əməkhaqqısı olan deyil, həm də qeyri-rəsmi məşğulluqda çalışan vətəndaşlarımızın da bu imkanlardan faydalanması üçün mexanizm hazırlansın və mövcud mexanizmləri tətbiq etməklə daha çox vətəndaşımızın və xüsusən də hazırda kirayədə qalan, mənzilə ehtiyacı olan vətəndaşlarımızın bu imkandan faydalanmasına nail olunsun.
Bütün bunları nəzərə alaraq, təklif edirik ki, CESD təklifləri nəzərə alınmaqla kirayə mənzilərə müraciət ilə bağlı şərtlərin təkmilləşdirilməsi həyata keçiriləndən sonra layihənin icrasına start verilsin.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 01 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon - 490 ton buğda göndəriləcək. xəbər verir ki, qatar sabah Biləcəri stansiyasından yola salınacaq

Unibank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın rəsmi tərəfdaşı olub

Unibank KB ASC "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub. . Beynəlxalq sammit Azərbaycan Respublikasını

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyər

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri

"7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi" keçirilir - FOTOLAR

300-dən çox şirkət, mindən artıq çeşiddə məhsul və xidmətlər "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə nümayiş olunur. . Bugündən etibarən Bakı Ekspo Mərkəzində "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"

Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA

Azərbaycanın halal iqtisadiyyat sahəsində böyük potensiala malik olduğu və bu istiqamətdə regional dəyər zəncirlərinin yaradılmasında mühüm rol oynaya biləcəyi açıqlanıb. İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illi

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu rəhbər heyətin strateji idarəetmə bacarıqlarının inkişafı, komanda əməkdaşlığının gücləndirilməsi və süni zəka dövrünün yaratdığı yeni çağırışlara hazırlığın artırılması məqsədilə "Süni Zək

Neft ucuzlaşdı

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 29 may 2026-cı ildən bəri ilk dəfə olaraq barrel üçün 90 dollardan aşağı düşüb. . xəbər verir ki, Bakı vaxt


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi cəbhədən xəbər zelzele son xabar