Kirayədə yaşayan deputatlar danışdılar: "Bu gün biz nə vəziyyətdəyik?

Kirayədə yaşayan deputatlar danışdılar: Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayev evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklif irəli sürüb. Onun sözlərinə görə, parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputat Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu alır.
Bu gün ölkə mətbuatı Bakıda kirayədə qalan deputatların siyahısı dərc edib. Adları aşağıda qeyd edilən deputatların paytaxtda kirayədə qaldığı iddia edilib:
Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İskəndərov, Şahin Seyidzadə, Cavid Osmanov.
Modern.az saytı kirayənişin olduğu iddia edilən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyevlə əlaqə saxlayaraq, barəsində deyilənlərin həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışıb.
Naqif Həmzəyev bildirib ki, bu haqda bütün detalları Milli Məclisin mətbuat xidmətindən əldə edə bilərik.
"Bu haqda danışmaq istəmirəm. Bu saat bizim dərdimiz-sərimiz var. Danışmağa ehtiyac yoxdur. Bu heç gündəm olası məsələ deyil. Yalandan gündəm yaradıblar".
7 saylı Ordubad-Culfa seçki dairəsinin deputatı Cəbi Quliyev isə xəbəri təsdiqləyərək, Bakıda evinin olmadığını deyib. O bildirib ki, hazırda kirayəpulu alır:
"Milli Məclis tərəfindən verilən kirayəpulunu alıram. Bakı və ətraf ərazilərdə heç bir obyektim, maşınım yoxdur. Dəqiqləşdirmək istəyirlərsə, buyursunlar. Amma başqaları ilə bağlı məlumatım yoxdur". 
50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib ki, onun adına ev və mənzil yoxdur.
6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva:
"Mən indi ölkədən kənardayam. Haqqımda nə yazıldığından xəbərsizəm. Milli Məclisin bu yaxınlarda keçirilən ssesiyasında mənim əvəzimə Sahibə xanım sözünü dedi. Bu gün biz nə vəziyyətdəyik? Bu gün bizim qaçqın və köçkünlərimiz var. Onlara əsas ev, yurd, yuva lazımdır.
Bir vətəndaş, deputat olaraq ssessiyalarda iştirak etmək, Bakıya gedib-gəlmək mənim borcumdur. Azərbaycanda evim var, Naxçıvanda yaşayıram. Naxçıvan Azərbaycandan heç də ayrı deyil. Başqa ölkədə yaşamıram ki? Mən Sahibə xanımın fikirləri ilə tam razıyam". 

Sosial       Tarix: 19 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun hava durumu bu gunun xeberleri son xeber