Kişilər bu günlərdə qadınlara ev işlərində kömək etməlidir - VİDEO

Kişilər bu günlərdə qadınlara ev işlərində kömək etməlidir - VİDEOKişilər bu günlərdə qadınlara ev işlərində kömək etməlidir - VİDEO
Karantin dövrü ailə münasibətlərinə də yeniliklər gətirib. Uzun müddət evdə qalmaq hətta kişilərin əsrlərdir davam edən hegemonluğunu, patriarxat sistemini zəiflətməyə başlayıb.
Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Ölkəmizdə ailə münasibətlərini tənzimləyən əsas rəsmi qurum Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsi də bu günlərdə kişilərə müraciət edərək, onları ev işləri görməyə çağırıb. 
Komitədə hesab edirlər ki, bugünlərdə qadınlar kişilərdən daha çox işləyir. Belə ki, qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni, Azərbaycanda isə 77,6%-ni təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır. Bu yükün bir hissəsini evdə oturan kişilər öz çiyinlərinə alaraq, xanımlarına yardımçı ola bilər.
Sosioloq Nail Cəlil məsələ ilə bağlı fikirlərini bölüşüb: 
"Yeməklə, içməklə, qidalanmaqla iş bitmir. Təsərrüfat və digər işlərdə faydalı olmalıdırlar, yəni ortaq bir məşğuliyyət tapmalıdırlar ki, bu kimi ziddiyyətlər yaranmasın, yaxud da yarananda onları mülayim və düşünülmüş şəkildə həll etmək mümkün olsun, yəni övladları ilə məşğul ola bilərlər, xanımlara ev-məişət işlərində faydalı ola bilərlər".
Sosioloq Gülər Məmmədova isə hesab edir ki, bir qisim insanlar, həqiqətən, öz bacarıqlarını daha fərqli şəkildə ortaya qoya bilirlər:
"Onlar öz həyat yoldaşlarına yemək hazırlamaqda, qab və paltar yumaqda kömək etməyib, qadınların digər mənəvi tələbatlarını ödəyərək, onlara yardımçı ola bilərlər".
Psixoloqlar da bildirirlər ki, bu günün gərginliyini yaşayan insanlar yaranmış vəziyyəti nəzərə alaraq, ailədə rol bölgüsünü düzgün şəkildə etməli, bütün güc, qayğı bir nəfərin üstünə düşməməlidir. Lakin qadınlar da kişiləri alışmadıqları bu duruma məcbur etməməlidirlər.
Elə bu karantin günlərində kişilərin bir çoxu heç də ev işlərindən kənarda qalmayıb. Zaman keçəcək, bu kadrlar isə daim insanlar arasında təbəssüm dolu xatırlanacaq.

/oxu.az

Sosial       Tarix: 11 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar qarabag son xəbərlər azərbaycanda en sonxeber