Kişini vergi borcunu xəbər etdiyi üçün öldürüblər

Kişini vergi borcunu xəbər etdiyi üçün öldürüblərBakıda əlbir olaraq tanışları Rəşad Məmmədovu qətlə yetirən Ümidvar İbişov və Elvin Əliyevin məhkəmə prosesi başa çatıb.
azxeber.com Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, hər iki şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sözügedən cinayət hadisəsi 2020-ci ilin martında baş verib.
Cinayətə səbəb isə Rəşad Məmmədovun Elvin Əliyevin icra etmiş olduğu maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayınması faktı ilə bağlı aparılan cinayət işində ifadə verməsi olub. E.Əliyev R.Məmmədovu özünə təhlükə görərək onu aradan qaldırmaq istəyib.
O, Ümidvarla söhbət edərkən "bunu öldürən olsaydı, canım qutarardı" deyib. Ümidvar isə "mən həll edərəm" deməklə Elvini razı salıb.
Sövdələşməyə görə Ümidvar Elvindən 10 min manat almaqla Rəşadla guya narkotik vasitə qəbul edərkən onun "peredozdan" ölməsini təmin edəcəkdi. Lakin bu baş vermədiyi üçün Rəşadı boğmaqla öldürəcəyini bildirib.
Adıçəkilən şəxslər Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan "Hyundai" markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürüblər. Onlar cinayətin izini itirmək üçün həmin gecə Rəşadın meyitini İsmayıllının Tubu kəndinə apararaq orada yandırıblar.
Maraqlıdır ki, cinayətkarlar Rəşadın şübhələnməməsi üçün onun evdən çıxarkən özü ilə geyim və zəruri əşyalar götürməsini də istəyiblər.
28 mart 2020-ci ildə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Aparılmış istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilmiş naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib. Bundan sonra cinayətkarlar ifşa olunub.

Sosial       Tarix: 30 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın dövlət borcu azaldı

Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb. Maliyyə Nazirliyindən -a bildirilib ki, oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib. Bu, 2026-cı il üçün proqnozlaşdırıla

Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Hindistana 524 min 337,96 ton xam neft ixrac edib. report-a istinadla xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 399 milyon 206,99 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulu

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 24-ü ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şərait

Azərbaycanın qaz gəlirləri arta bilər – Səbəb nədir?

"Avropada qaz qiymətlərinin artması Azərbaycan üçün ixrac gəlirlərinin yüksəlməsi baxımından əlavə imkanlar yaradacaq. Çünki Avropa Azərbaycanın əsas qaz bazarlarından biridir və qiymətlərin yüksəlməsi ixrac olunan qazı

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

Azərbaycanda dövlətin müstəsna iştirak etdiyi bəzi bazarların və xüsusi tənzimlənən infrastruktur sahələrinin mərhələli şəkildə rəqabətli bazar modelinə keçirilməsi imkanları araşdırılacaq. Milli Fəaliyyət Planına əsasən

Bazarda ciddi dəyişiklik: Bu məhsullarla bağlı yeni qərar verildi

Milli Məclisin bugünkü plenar iclasında "Texniki tənzimləmə haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. yenisabah-a istinadən xəbər verir ki, qanunvericiliyə edilə

Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq

Azərbaycanda ət, yumurta və kərə yağının qiymətində müşahidə olunan artım istehlakçıların xərclərini artırmaqla yanaşı, qarşıdakı aylarda bazardakı vəziyyətlə bağlı narahatlıqları da gücləndirir. Yem təminatında yaranan problemlər

Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu

Bakı şəhər Xətai rayonu, Əhmədli qəsəbəsindəki kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. DİN-in Mətbuat xidmətindən -a bildirilib ki, insidentdə iştirak edən 9 nəfər poli

Bakıda avtomobil piyadanı vurub

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Həsən bəy Zərdabi və İsmayıl Talıblı küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, "Changan A05" markalı avtomobi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun xabar az en yeni xeberler kriminal