KİV: Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
Noyabrın 9-da Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq.
Bu barədə məlumatı Ermənistanın aliqmedia.am saytı diplomatik mənbələrə istinadla yayıb.
Bildirilir ki, sənəd Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə İlham Əliyev və Nikol Paşinyan tərəfindən imzalanacaq.
Qeyd edilib ki, birinci sənəd SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərinə aid xəritələri əsasında İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacağı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasına aiddir.
Baş nazirin müavinləri səviyyəsində son Ermənistan-Rusiya-Azərbaycan görüşü nəticəsində demək olar ki, yekun razılaşmanın əldə edildiyi ikinci sənəd bölgədəki kommunikasiyaların blokdan çıxarılmasına, xüsusilə də Azərbaycanla Naxçıvan arasında yol dəhlizlərinin qurulmasının detallarına işarə edir.
Habelə bildirilir ki, 9 noyabr tarixi xüsusi olaraq seçilib. 2020-ci ilin həmin günü Azərbaycan prezidenti və Ermənistanın baş naziri Rusiya prezidentinin vasitəçiliyi ilə Üçtərəfli Bəyanat imzalayıblar, bununla da hərbi əməliyyatlar dayandırıldı və bir neçə həftə ərzində Ermənistan silahlı qüvvələri geri çəkildi.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı