KİV: "Okampo Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri ilə əlaqə saxlayır"

KİV: Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunan Luis Moreno Okampo indi də Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri Arayik Arutyunyanla əlaqə saxlayır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın 5-ci kanalı məlumat yayıb.
Okamponun hesabatını araşdıran beynəlxalq KİV ("EU Today", "Digi24", "The Washington Times", "Focus", "Sofiaglobe" və başqaları) rusiyapərəst erməni separatçı ilə açıq-aydın əlaqə tapıb.
"Okamponun qərəzliliyi və qiymətləndirməsinin əsassızlığı bu sənədin ortaya çıxması ilə müşayiət olunan hallarla asanlıqla izah olunur. İyulun 29-da qondarma "rəhbər" Arayik Arutyunyan Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib – bu, faktdır. Cəmi doqquz gün sonra eks-prokuror tapşırığı yerinə yetirib. Maraqlıdır ki, doqquz ildə bir işi çətinliklə bağlayan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru cəmi 9 gündə Qarabağdakı vəziyyətdən "baş çıxara" bilib", – "EU Today" qeyd edir.
Keçmiş prokurorun hesabatı ilin əvvəlindən beynəlxalq KİV tərəfindən dəfələrlə təkzib edilən təbliğat ideyasının – Qarabağda "humanitar fəlakət" yaşanması ilə yersiz iddianın davamıdır. Okamponun hesabatının legitimliyi aparıcı hüquqşünas və beynəlxalq hüquq eksperti, "Temple Garden Chambers" hüquq firmasının müşaviri Rodni Dikson tərəfindən tamamilə təkzib edilib.
Ermənistan Okamponun qərəzli hesabatına əsaslanaraq avqustun 11-də BMT Təhlükəsizlik Şurasından bu məsələ ilə bağlı təcili iclas çağırmağı xahiş edib ki, bu da, mətbuatın yazdığına görə, yalnız Rusiyaya sərf edir.
"Aydındır ki, nə Arutyunyan, nə də Paşinyan Cənubi Qafqazda yaşanacaq potensial eskalasiyadan nəsə qazanmayacaq. Əslində sifarişli hesabatından və ondan sonra keçirilən BMT Təhlükəsizlik Şurasının "fövqəladə iclasından" yeganə faydalanan Rusiyadır. Dünya mediası bununla bağlı ilin əvvəlindən bəri xəbərdarlıq edir", – Rumıniyanın "Digi24" nəşri qeyd edir.
Öz növbəsində, "The Washington Times" yazır ki, Rusiya rejimi Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və Ermənistan hakimiyyətini Moskvanın kuklası ilə əvəzləmək üçün Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisi ilə manipulyasiya edir. "Bu ssenari Kremlin öz imperiya təsir dairəsini saxlamaq üçün Gürcüstanda, Moldovada və ya Ukraynada uydurduğu digər mübahisələri xatırladır", – məqalədə deyilir.
"Putin Gürcüstanda osetinlər və abxazlar, Krım və Donbassda "rus sülhü"nün tərəfdarları ilə etdiyi kimi, Qarabağda da erməni separatçı-marionetkalarından öz məqsədləri üçün istifadə edir", – Ukraynanın "Tsenzor" xəbər saytı vurğulayır.
Digər Ukrayna nəşri "Focus" qeyd edir ki, Okamponun separatçılarla əlaqələri çoxdan başlayıb. 2010-cu ildə Okampo Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru statusunda İrəvana səfər edib və o zaman Ermənistan prezidenti olmuş Serj Sarqsyanla görüşüb. Beş il sonra isə Okampo "Soyqırımı cinayətinə qarşı" forumunda iştirak etmək üçün yenidən İrəvana səfər edib.

Siyasi       Tarix: 20 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun cəbhədən son xəbər cəbhədən son xəbərlər sonxeberler