KOB könüllüləri işlə təmin edilib
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllülük fəaliyyətini uğurla başa vurmuş daha 5 "KOB könüllüsü" müxtəlif sahələrdə əmək fəaliyyətinə başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Agentliyin "KOB Dostu"nun Qəbələ-Oğuz ofisində fəaliyyət göstərən 4 könüllü Qəbələdə, Şamaxı "KOB Dostu"nun könüllüsü isə Ağsuda müvafiq işlə təmin edilib.
Məlumat üçün bildirək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi üçün Agentlikdə "KOB Könüllüləri Proqramı" həyata keçirilir. Hazırda 25 gənc Agentlikdə və ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən "KOB Dostu" şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir. Onların əksəriyyəti iqtisadiyyat, biznes, idarəetmə sahəsində müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərdir. Ümumilikdə indiyədək 70-ə yaxın gənc "KOB Könüllüləri Proqramı" çərçivəsində Agentlikdə könüllü fəaliyyətinə cəlb edilib. Onlardan 45-i proqramı uğurla başa vuraraq məzun olub. Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib