KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb - FOTO

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb - FOTO"Qobu Park 3" yaşayış kompleksində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələrində istehsala başlanılıb.
Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə bildirilib ki, gün ərzində oyuncaq istehsalı müəssisəsində 15-20 çeşiddə 1000-ə yaxın yumşaq, 10 çeşiddə 500-ə yaxın plastik oyuncaq istehsal olunur. Tibbi ləvazimatların istehsalı müəssisəsində isə gündəlik olaraq 600-700 ədəd tibbi heyət və xəstələr üçün üst geyimləri, 150-200 ədəd steril cərrahi dəstlər, 5000-ə yaxın tibbi maska, 100-150 min arası baxil və digər tibbi tekstil vasitələri istehsal edilir.
Hazırda oyuncaq istehsalı müəssisəsində 10, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 20-yə yaxın işçi çalışır.
Bu müəssisələr tərəfindən istehsal olunan məhsullar yaxın vaxtlarda "Tutu Toys" və "Gill med" brendi ilə satışa çıxarılacaq.
Qeyd edək ki, KOBİA tərəfindən hər iki müəssisənin yaradılması üçün sahibkarlara biznesin planlaşdırılması, qeydiyyatı və təşkili istiqamətlərində daxili bazar araşdırmalarının aparılması, biznes planların tərtib edilməsi, şirkətlərin qeydiyyatdan keçirilməsi, işçi heyəti üçün təlimlərin təşkili, maliyyə mənbələrinə çıxış kimi dəstəklər göstərilib. Müəssisələr icarə xərclərindən azad edilib.
Hər iki müəssisə biznes və sosial yönümlüdür. Belə ki, müəssisələrdə istehsal olunan məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edir. Daxili bazarla yanaşı, müəssisələrdə istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxarılması da nəzərdə tutulur. Burada çalışan işçilər "Qobu Park 3" yaşayış kompleksində yaşayan qaçqın və məcburi köçkünlərdir. Yaşayış kompleksində məskunlaşma tam başa çatdıqdan sonra oyuncaq istehsalı müəssisəsində işçilərin sayı 40-a, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 80-ə çatdırılacaq. Ümumiyyətlə, müəssisələrdə çalışacaq işçilərin 80%-i qaçqın və məcburi köçkünlərdən ibarət olacaqdır.
Qeyd edək ki, oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələri bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda yerləşən "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı fəaliyyətə başlayıb.
Məcburi köçkünlərin və qaçqınların məşğulluğunun biznes layihələr vasitəsilə təmin olunması istiqamətində KOBİA və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində Agentliyin təsis etdiyi "BİRGƏ" MMC ilə komitənin müvafiq departamenti arasında 2020-ci ilin yanvarında əməkdaşlığa dair müqavilə imzalanıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 19 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər