KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib - FOTO
Dövlət-sahibkar dialoqu platforması çərçivəsində Xəzər rayonu Zirə qəsəbəsində meyvə və tərəvəz istehsalı ilə məşğul olan istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, "Azəriqaz" İstehsalat Birliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, eləcə də 70-ə yaxın istixana təsərrüfatının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlar dinlənilib, onların istixanalara verilən qazın qiyməti və keyfiyyəti, eləcə də digər məsələlər barədə sualları cavablandırılıb, qaldırılan məsələlərin bir qisminə yerindəcə operativ reaksiya verilib.
Görüşdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, qeyri-neft sektorunda əhəmiyyətli paya malik olan istixana təsərrüfatları məşğulluğun təmin olunmasında, ixracın artırılmasında önəmli rol oynayır. Xəzər rayonunun iqtisadiyyatında da istixanalar xüsusi çəkiyə malikdir. Bildirilib ki, bu sektor KOBİA-nın da diqqət mərkəzindədir. Bu yaxınlarda "Azəriqaz" İstehsalat Birliyinin və KOBİA-nın nümayəndələri Şəmkir rayonunda fəaliyyət göstərən sahibkarlarla səmərəli müzakirələr aparıb və sahibkarları narahat edən məsələlərin əksəriyyəti yerindəcə operativ həllini tapıb.
KOBİA sədri Xəzər rayonunda da "KOB Dostu"nun fəaliyyət göstərdiyini və bugünkü görüşdə qaldırılan məsələlərin "KOB Dostu" tərəfindən diqqətdə saxlanılacağını və həllinə dəstək göstəriləcəyini, sahibkarların istixana təsərrüfatlarında fərdi görüşlərin keçiriləcəyini bildirib.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermer və sahibkarların məlumatlandırılacağı qeyd olunub.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib