KOBİA və Marsol Group sahibkarları bir araya gətirdi – Yeni əməkdaşlıqlar müzakirə olundu
7 avqust tarixində Marsol Group-un təşkilatçılığı ilə növbəti "İşgüzar Səhər Yeməyi" keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Marsol Group partnyoru olan 50-yə yaxın sahibkar iştirak edib.
Tədbirdə Marsol Group-un təsisçisi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr, işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunan görüşlər və bu platformaların biznes mühitinə verdiyi töhfələr barədə fikirlərini bölüşüb.
Daha sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Agentliyin Marsol Group ilə birgə həyata keçirdiyi layihələr və təşkil olunan tədbirlərdən bəhs edib.
O, həmçinin KOBİA-nın sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri, dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyəti və bu istiqamətdə yaradılan imkanlar barədə iştirakçılara ətraflı məlumat verib. Görüş zamanı sahibkarlar da fəaliyyət göstərdikləri sahələr və təmsil etdikləri şirkətlər haqqında qısa təqdimatlar edərək bir-biriləri ilə yaxından tanış olub, yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Tədbir iştirakçılar arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafı, eləcə də yeni biznes tərəfdaşlıqlarının formalaşdırılması baxımından məhsuldar müzakirələrlə yadda qalıb.










Turlar.az [newsid: 0-123300]

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi
140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi
Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar
"Unibank"ın İdarə Heyətində dəyişiklik
PISA-da oxu nəticəmizi necə yüksəldək?
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO
Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu oldu
AccessBank tender elan etdi
Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
Bakıda ağır qəza: Qadını vurdu, sonra "Prius"a çırpıldı
"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan
Premyer Liqada iki maraqlı oyun: Bu gün hansı komanda qarşılaşır?
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - Fotolar