KOBİA: "Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır"

KOBİA: "Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır"Yeni güzəştli kreditləşdirmə mexanizmləri koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinə dəstək olmaqla, biznesi kredit öhdəliklərinin yarada biləcəyi əlavə çətinliklərdən sığortalayacaq, bu sahədə sahibkarların maliyyə yükünü azaldacaq. Bu mexanizmlər, həmçinin KOB-ların maliyyə resurslarına çıxış imkanlarının daha da genişləndirilməsinə, investisiya fəallığının artmasına müsbət təsir göstərəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yeni güzəştli kredit mexanizmlərinin sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində əhəmiyyətini şərh edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
"Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır. Belə ki, sahibkarların kredit götürərkən qarşılaşdıqları ən böyük çətinlik girovla bağlıdır. Kiçik sahibkarların isə girov qoymaq imkanları daha məhduddur. Yeni kreditləşdirmə mexanizminin üstün tərəflərindən biri ondan ibarətdir ki, avadanlıq almaq üçün güzəştli kredit götürən sahibkar daşınmaz əmlakı olmadığı halda bu avadanlığı girov kimi qoya biləcək. Bu mexanizm çərçivəsində bankların kredit faizi illik 7%-dir. Bu mexanizm biznes subyektlərinin, xüsusilə də girov qoymaq imkanı olmayan kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirməklə yanaşı, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcəkdir".
Orxan Məmmədov qeyd edib ki, yeni güzəştli kreditləşdirmə mexanizmlərində kənd təsərrüfatının uzunmüddətli kredit qoyuluşu tələb edən sahələri də nəzərə alınıb: "Mikro və kiçik sahibkarların fəaliyyət göstərdiyi başlıca sektorlardan biri kənd təsərrüfatıdır. Çayçılıq, bağçılıq kimi sahələr uzun müddətli kredit qoyuluşuna ehtiyac olan sahələrdir. Məhz belə sahələrdə kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti kimi müəyyənləşdirilib. Bu aqrar sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara daha çox gəlir əldə etməyə, kredit faizini əldə etdikləri qazancdan ödəməyə imkan verəcəkdir".
Yeni güzəştli kreditləşdirmə mexanizmlərindən olan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması mexanizminə gəlincə, KOBİA sədri bildirib ki, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir. Kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması KOB-lar tərəfindən daha çox layihələrin reallaşdırılmasına imkan yaradır.
Biznes subyektlərinin yeni kreditləşdirmə mexanizmlərindən rahat yararlanmaları üçün istifadəyə verilmiş Elektron Kredit Platforması (www.e-edf.gov.az) sahibkarların qısa müddətdə güzəştli kreditlər əldə etmələrinə imkan verir. Elektron Kredit Platforması həmçinin, tərəflər arasında təması minimuma endirir, vaxta və xərclərə qənaət edir, kredit prosesini hər addımda onlayn izləmək imkanı yaradır - deyə Orxan Məmmədov vurğulayıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 30 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün sonxabar az en sonxeber azerbaycan son xeber bugun