Köçəryan yenə sayıqladı: Yeni müharibə
Ermənistanda revanşist qüvvələrin əsas simalarından sayılan Robert Köçəryan yenidən Qarabağ mövzusunu qabardaraq hədsiz açıqlamalar verib. Köçəryan yeni müharibənin başlana biləcəyini də deyib.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, Robert Köçəryan Masis şəhərinin sakinləri ilə görüşdə bu gün "Qarabağa qayıdış hüququndan" danışmağın real olduğunu iddia edib.
Ermənistan blokundan baş nazir postuna namizəd kimi çıxış edən Köçəryan bildirib ki, guya bu məqsədə nail olmaq mümkündür və indiki beynəlxalq şərait buna imkan verir.
Azərbaycan əleyhinə sərt mövqeyi ilə tanınan keçmiş prezident çıxışında dünyada vəziyyətin qeyri-sabit olduğunu, buna görə də indi hərəkət etməsələr, gələcəkdə belə imkanın əldən çıxa biləcəyini söyləyib. O, Sovet İttifaqının dağılmasını xatırladaraq həmin dövrdə "tarixi pəncərə" açıldığını və ermənilərin bundan istifadə etdiyini deyib.
Köçəryan daha sonra açıq şəkildə bildirib ki, gələcəkdə Cənubi Qafqazda nə baş verəcəyini heç kim bilmir və on ildən sonra yeni şərait yarana bilər. Onun bu fikirləri erməni revanşistlərin regionda yenidən qarşıdurma və geosiyasi böhran gözləntilərinə ümid bağladığını göstərir.
Keçmiş prezident Paşinyan hakimiyyətini həmin "pəncərəni bağlamaqda" ittiham edib və Ermənistanın bunu yenidən açmağa çalışmalı olduğunu vurğulayıb. O, "qayıdış hüququ" məsələsinin beynəlxalq səviyyədə tanınmasına çalışacaqlarını da əlavə edib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK