Köçəryandan ŞOK Rusiya xəbərdarlığı
Erməni revanşistlərinin rəhbəri Robert Köçəryan erməni cəmiyyətini növbəti dəfə Moskva ilə qorxudaraq sensasiyalı bəyanatla çıxış edib. O, Nikol Paşinyanın 2026-cı ildə yenidən seçiləcəyi təqdirdə ölkəni "Qərbi Azərbaycan" ssenarisinin gözlədiyini iddia edib.
KONKRET.azxəbər verir ki, Köçəryan öz elektoratını səfərbər etmək üçün köhnə üsullardan – Azərbaycanla bağlı spekulyasiyalardan və hazırkı baş nazirin hakimiyyətdə qalmasının mümkün fəsadlarından istifadə edir.
Çıxışında Rusiyanı da unutmayan Köçəryan, Moskvanın İrəvanın bəyanatlarına verəcəyi reaksiyaya toxunub və ermənilərə tanınmış rusiyalı xadimlərin çıxışlarını izləməyi tövsiyə edib: "Mən prosesləri izləyirəm və başa düşürəm ki, bu, yaxşı heç nəyə aparmır. Mümkün nəticə elə ola bilər ki, hamıya azlıq edər", – deyə o bildirib.
Köçəryan həmçinin iddia edib ki, yaranacaq nəticələrin bədəlini Paşinyan yox, məhz xalq ödəməli olacaq. Onun sözlərinə görə, hazırkı baş nazir "başqalarının ağlamasına" öyrəşib və bütün bunları "sevgiylə" etdiyini deməklə məsuliyyətdən qaçır. Revanşist liderin bu bəyanatları Ermənistandakı daxili siyasi gərginliyi və 2026-cı il seçkiləri öncəsi Rusiyayönümlü qüvvələrin fəallaşmasını nümayiş etdirir.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK