Komitə sədri açıqlama verdi

Komitə sədri açıqlama verdi"Bəzi saytlarda pensiya yaşının azaldılması ilə bağlı gedən xəbərlərin başlığı məzmunu əks etdirmir".
azxeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, həmin layihədə məzmun tamamilə başqadır: "Bizim parlamentin Əmək və sosial siyasət komitəsində baxdığımız "Əmək pensiyaları" haqqında qanuna təklif edilən dəyişikliklərin məqsədi pensiya yaşının azaldılması ilə bağlı deyil, sadəcə güzəştli şərtlərlə pensiya alanların pensiyalarının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi ilə bağlı idi. Yəni dövlətin öhdəliyi və Dövlət Sosial Müdafiə Fondunun öhdəliyi arasındakı münasibətlərin tənzimlənməsi idi. Burada pensiya yaşının azaldılmasından söhbət getmir. Doğrudur bir qrup insanlarımız güzəştli şərtlərlə 65 yaşından qabaq pensiyaya çıxırlar. Bu - hərbi qulluqçular; ağır və təhlükəli şəraitdə ən azı 10 il işləyən şəxslər; 5 və daha çox uşağı olan analar( əgər ana yoxdursa, atalar); əlil uşağa baxan analar; yaxud xəstə, ahıl adama baxan insanlardır ki, onların pensiya kapitalı stajdan asılı olmayaraq formalaşır və onlar daha güzəştli şərtlərlə 60 və daha tez yaşda pensiyaya çıxa bilirlər. Təxminən 200 min pensiyaçımız güzəştli şərtlərlə pensiya alanlardır. Yəni 65 yaşına çatmamış pensiyaya çıxan şəxslərdir. Bu bizim qanunvericilikdə var və yeni dəyişiklik deyil".

Sosial       Tarix: 24 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeber xeberler azerbaycan qarabag kriminal bugun