Komitə sədri bu dairədən namizəd olacaq
VI çağırış Milli Məclisin Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir. Komitə sədri 119 saylı Ağdam seçki dairəsindən namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Bəxtiyar Əliyev 2000-ci ildən bu yana Milli Məclisin deputatıdır. Professor 2005–2020-ci illərdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, 2020-ci ildən bu yana isə sədridir.
Komitə sədri, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında "Əfv məsələləri üzrə komissiya"nın və "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya"nın üzvüdür. O, ötən il Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
KONKRET.az xəbər verir ki, o, sonuncu seçkilərdə 118 saylı seçki dairəsindən deputat seçilib.
Qeyd edək ki, 119 saylı seçki dairəsindən tanınmış politoloq Elxan Şahinoğlu da namizədliyini irəli sürüb. O, artıq namizəd olmaq üçün lazım olan imzaları toplayıb və Dairə Seçki Komissiyasına təqdim edib.
Komitə sədrinin bu dairədə digər rəqibi Azərbaycan Ordusunun N saylı hərbi hissəsində polkovnik-leytenant rütbəsində xidmət edən məşhur zabit Ramil Səfərovun xanımı Şəbnəm Səfərovadır. O, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin sədridir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə 119 saylı Ağdam seçki dairəsindən "Azərişıq" ASC-nin Ağdam Elektrik Şəbəkəsinin rəisi İbrahim Məmmədovun namizədliyini irəli sürüb. (Modern.az)

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı