Komitə sədri: "İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi araşdırılır
İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi araşdırma mərhələsindədir.
Milli.Az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Elektrik Enerjisi Sənayesi İttifaqının İxracat komitəsinin sədri Pəyam Baqiri deyib.
O bildirib ki, elektrik enerjisinin ötürülməsi üçün ən yaxşı istiqamətin seçilməsi və elektrik dirəklərin quraşdırılması üçün araşdırma aparılır.
P. Baqirinin sözlərinə görə, 3 ölkə arasında elektrik şəbəkələrinin sinxronlaşdırılması aparıldıqdan sonra İran elektrik sənayesi güclü və davamlı elektrik şəbəkəsindən faydalanacaq: "Bu enerjinin əsas qütblərindən birinə çevriləcək və çoxlu gəlir əldə edəcək. Azərbaycan elektrik enerjisinin ötürülməsi üçün strateji yollardan biridir, birbaşa İran və Rusiyanın elektrik enerjisindən faydalanacaq. Elektrik şəbəkəsinin sinxronlaşdırılması Azərbaycan üçün çox faydalı olacaq".
Komitə sədri qeyd edib ki, İran və qonşu ölkələr arasında enerjidən ən çox istifadə edilmə vaxtları bir-birindən fərqlənir: "Bu, İran, Azərbaycan və Rusiya arasında enerji mübadiləsinin ən önəmli tərəfidir. Ölkələr arası enerji mübadiləsində bu məsələ çox önəmlidir. İranda ilin bəzi fəsillərində daha çox elektrik enerjisinə ehtiyac var və bu ehtiyac qonşu ölkələr vasitəsilə təmin olunacaq. İranda daha elektrik stansiyası tikməyə və yeni elektrik enerjisi ötürücü xətlərinə sərmayə yatırmağa ehtiyac qalmayacaq. Bu məsələ Azərbaycan və Rusiya üçün də belədir".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar