Komitə sədri: "Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır"

Komitə sədri: "Qarşıda duran əsas vəzifələrdən biri əhalinin sosial rifahını qorumaqdır"Azərbaycan dövləti koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində, eyni zamanda bu virusun iqtisadiyyata, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, bu gün koronavirus pandemiyası dünyanın bir nömrəli problemidir və təəssüflər olsun ki, Azərbaycan da bu problemdəm kənarda deyil:
"Bu problem ciddi məhdudiyyətlər və yeni yanaşmalar tələb edən bir məsələdir. Koronavirus aktuallaşan ilk gündən cənab Prezident İlham Əliyev bu məsələnin ciddiliyini və gələcəkdə törədə biləcəyi fəsadları nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması ilə bağlı tapşırıq verdi. Operativ Qərargah bu günə qədər bütün lazım olan tədbirləri görüb. Sərhədlərin məhdudlaşdırılması, xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, sərhəd bölgələrində karantin məntəqələrinin yaradılması vaxtında görülən və ən düzgün addımlar idi.
Ondan sonrakı mərhələdə yenə də cənab Prezident koronavirus epidemiyasının törədə biləcəyi sosial, iqtisadi, maliyyə gərginliklərinin önlənməsi ilə bağlı xüsusi bir sərəncam imzaladı. Bu sərəncamla Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılması ölkədə koronavirus infeksiyası ilə bağlı tədbirlərin lazımi səviyyədə həyata keçirilməsinə, ölkə əhalisinin sosial müdafiəsinin tam təmin edilməsinə yönələn çox əhəmiyyətli addım idi. Burada manatın sabitliyinin qorunması da çox vacib şərtlərdən biridir".
Komitə sədri vurğulayıb ki, eyni zamanda Azərbaycana tibbi vəsaitlərin gətirilməsi ilə bağlı əlavə olaraq 20 milyon manatın ayrılması, Prezidentin şəxsi təşəbbüsü ilə bir gündə 200 nəfəs aparatının ölkəyə gətirilməsi, tibb işçilərinə qayğının ifadə edilməsi ilə bağlı sərəncam, onun ardınca isə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və Prezidentin bir illik əməkhaqqını Fonda köçürdüyünü bəyan etməsi heç şübhəsiz ki, bütün vətəndaşlarımızı bu problemin öhdəsindən gəlməyə səfərbər etdi:
"Qarşıda duran əsas vəzifələrdən biri də əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Əminəm ki, görülən bu işlər Azərbaycanda koronavirus təhlükəsinin qısa müddət ərzində sona yetməsinə gətirib çıxaracaq və biz bu problemdən ən az zərərlə çıxacağıq".
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 25 mart 2020
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler