Komitə sədri: "Soçi bəyanatı Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olduğunu göstərir

Komitə sədri: "Ötən gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli bəyanat ölkəmizin qarşısına qoyduğu məqsədlərə nail olduğunu bir daha göstərir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Musa Quliyev deyib.
Onun sözlərinə görə, Soçi görüşü Azərbaycan-Ermənistan münasibətlərinin qısa müddətdə tənzimlənməsi və açıq qalan sualların cavablandırılması istiqamətində irəli atılan addımdır: 
"Üçtərəfli görüşdən öncə Rusiya və Azərbaycan prezidentləri arasında görüşün baş tutması, Putinin yalnız üçtərəfli görüşdən sonra Paşinyanı qəbul etməsi, Azərbaycan Prezidentinin mövqeyinin hər hansı bir şərt irəli sürülmədən üçtərəfli sənəddə öz əksini tapması onu deməyə əsas verir ki, proseslər ölkəmizin istədiyi istiqamətdə gedir. Bu bir daha onu sübut edir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olmaqdadır".
Komitə sədri bildirib ki, ötən gün imzalanmış üçtərəfli bəyanata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atacaq və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhəti və yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq: 
"Onu da xüsusi qeyd edim ki, bəyanatda "Dağlıq Qarabağ" ifadəsi yer almayıb. Bu isə o deməkdir ki, Rusiya və Ermənistan artıq "Dağlıq Qarabağ" ifadəsindən tamamilə imtina etməyə razılaşıblar. Görüşdə və bəyanatda ermənilərin səsləndirdikləri status məsələsi də yer almayıb. Deməli, status da Prezident İlham Əliyevin söylədiyi kimi, cəhənnəmə vasil olub".
M.Quliyev xatırladıb ki, bəyanatda Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupun fəaliyyəti yüksək qiymətləndirilir, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulanır: 
"Bu isə Azərbaycanın qarşıya qoyduğu Zəngəzur dəhlizi məsələsinin tezliklə həll olunmasına ümidləri daha da artırır. İkitərəfli və üçtərəfli görüşdə, imzalanmış bəyanatda Rusiya Prezidentinin Azərbaycana müsbət münasibətini hiss edirdik. Putinin mətbuata bəyanatında dəfələrlə dəhliz ifadəsini işlətməsi isə Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən də dəstəkləndiyini ortaya qoyur. Onu da vurğulayım ki, Soçidə Paşinyanın davranışları, kiçik nitqi bir daha onu göstərir ki, artıq öz məğlubiyyəti ilə barışıb. Yəqin ki, müəyyən müddətdən sonra Paşinyan bu məğlubiyyəti ölkəsinin ictimaiyyətinə açıqlamalı olacaq".

Siyasi       Tarix: 27 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun cəbhədən son xəbərlər dunya xeberleri xəbər az