"Kommunikasiyaların açılması ilə bağlı hələ də yekun nəticə yoxdur
"10 noyabr 2020-ci il, həmçinin xüsusilə kommunikasiya xətlərinin açılması ilə bağlı mövzuya həsr edilmiş 12 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara əsasən, kommunikasiyaların açılması, Azərbaycanın qərbi regionları ilə Naxçıvan arasında əlaqənin açılması orada yazılıb. Orada Azərbaycan tərəfinə heç bir məhdudiyyətlər tətbiq edilmədən keçid təmin etmək Ermənistanın öhdəliyidir. Bu istiqamətdə işlərin həyata keçirilməsi ilə bağlı hələ 2021-ci ilin yanvar ayında Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya yaradılıb".
azxeber.com "Haber Global"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Həmin o komissiya fəaliyyətə başlasa da, bir il yarımdan artıq müddət keçməsinə baxmayaraq, hələ də yekun nəticələr yoxdur, müxtəlif bəhanələrdən istifadə edərək Ermənistan tərəfi bu məsələni ləngitməklə məşğul olur. Təbii ki, bu gün biz bu məsələyə baxsaq, komissiyada müzakirə olunan mövzulara baxsaq, ötən dövr ərzində mövqelərin xeyli yaxınlaşması müşahidə edilir. Lakin hesab edirik ki, burada səmimi niyyət olsaydı, artıq bu məsələni çoxdan yekunlaşdırmaq mümkün olardı", - XİN başçısı vurğulayıb.
Onun fikrincə, orada heç bir açıq məsələ, çox böyük problem yaradan mövzular olmamalıdır:
"Biz bunu süni ləngitmələr kimi qəbul edirik. Bununla yanaşı Azərbaycanın öz ərazisində gördüyü işlər bu məsələyə Ermənistandan fərqli olaraq nə qədər ciddi yanaşmasının sübutudur. Çünki həmin o danışıqları aparmaqla paralel olaraq Azərbaycan ərazisində həm quru, həm dəmiryollarının Ermənistan sərhədinədək tikintisi istiqamətində uğurlu işlər davam etdirilir. İşlərin icra səviyyəsi 50 %-in üzərindədir və 2023-cü ildə hər iki istiqamətlə bağlı Azərbaycan öz ərazisində işləri yekunlaşdıracaq".

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?