Konor Makqreqor "son rəqsi"ni nə vaxt edəcəyini ELAN ETDİ
İyul ayında beş illik fasilədən sonra oktaqona qayıdan iki fərqli çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor son döyüşünü nə vaxt edəcəyini elan edib.
KONKRET.az xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə İnstaqram səhifəsində açıqlama yayıb.
"Əsrin döyüşü olmalı idi, amma indi bu, yenidən başlamağa çevrildi. 2027-ci il Beynəlxalq Döyüş Həftəsi. Son rəqs. Ağ-narıncı-yaşıl maşın yenidən iş başında olacaq. Gecikdiyim üçün üzr istəyirəm, amma quru buz oktaqonun örtüyünü sürüşkən etmişdi. Bu, heç-heçə oldu. Gələn il 100 faiz görüşəcəyik".
Bu paylaşımla irlandiyalı döyüşçü növbəti çıxışının 2027-ci ildə UFC Beynəlxalq Döyüş Həftəsində keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, Makqreqor UFC 329-da beş illik fasilədən sonra iyul ayında oktaqona qayıdıb. Lakin o, ilk raundun 69-cu saniyəsində zərbə vurmağa çalışarkən dizini ağır zədələyib və Maks Holloveyə nokautla məğlub olub. Döyüşdən sonra Makqreqor menisküsünün və ön çarpaz bağının cırıldığını açıqlayıb. UFC prezidenti Dana Uayt irlandiyalı boksçunun sağalmasının ən azı bir il çəkəcəyini bildirib.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı