Könül Nurullayevanın "Deputat qərargahı" yeni layihəyə qoşuldu

Könül Nurullayevanın "Deputat qərargahı" yeni layihəyə qoşulduKönül Nurullayevanın "Deputat qərargahı" yeni layihəyə qoşuldu
24 saylı Nizami 1-ci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Könül Nurullayeva və onun seçki qərargahı Mədəniyyət Nazirliyinin "Yaradıcılığı evdə öyrən" layihəsinə qoşulub.
Hazırda ÜST tərəfindən COVID-19 xəstəliyinin pandemiya elan edilməsi, koronavirusun dünya üzrə geniş yayılmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərar qəbul edilib. 
Bu baxımdan, digər sahələrdə olduğu kimi, mədəniyyətin onlayn təbliği, insanların evdə asudə vaxtlarının səmərəli təşkili üçün Mədəniyyət Nazirliyinin yeni "Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın" adlı layihəyə start verilib.
Layihə insanlara təlim proqramlarından faydalanaraq, yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaratmaq məqsədi daşıyır. Bununla bağlı Nazirliyinin rəsmi "Facebook" səhifəsindən hər gün yaradıcılıq dərsləri paylaşılır.
Bu videodərslər xalq sənətkarlığı, aşıq musiqisi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətin müxtəlif istiqamətlərinə həsr olunur və ev şəraitində milli-mədəni irsimizin bu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edir. 
Bu gündən etibarən "Mədəniyyət" telekanalında layihənin veriliş forması nümayiş etdiriləcək və ictimaiyyətin faydalanması imkanları genişləndiriləcək. Nazirliyin sosial şəbəkələrdə #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan layihəsinə ictimaiyyətin tanınmış nümayəndələri qoşulur. 
İlk olaraq 24 saylı Nizami 1-ci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Könül Nurullayeva və onun seçki qərargahı prosesə aktiv formada qoşulub. Bu təşəbbüs Bakı şəhəri, Nizami rayonu üzrə qeydiyyatda olan vətəndaşlardan layihəyə qoşulanlar üçün xüsusi imkanlar yaradıb.
Belə ki, qeyd edilən rayonda qeydiyyatda olan, layihə çərçivəsində elan edilmiş müsabiqəyə qoşulan və müvafiq qaydalara uyğun olaraq qalib seçiləcək vətəndaşlar qiymətli hədiyyələrlə yanaşı, pul mükafatına və sertifikatlara da layiq görüləcəklər. 
Bakı şəhəri, Nizami rayonunda (seçki dairəsindən asılı olmayaraq, bütün rayon ərazisinə şamil edilir) qeydiyyatda olan şəxslər (seçimlər zamanı şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənəd nəzərə alınacaq) layihədən aşağıdakı kimi yararlana bilərlər: 
1. Nazirliyin rəsmi "Facebook" səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan videolardan öz maraq dairəsinə uyğun birini və ya bir neçəsini seçmək (layihə üzrə tikmə, toxuma, biçmə, xalçaçılıq, ağac və taxta üzərində oyma, şüşə üzərində işləmə, vitraj, dekorativ bəzək əşyaları hazırlama, aksesuar hazırlanması kimi sənətkarlıq növləri, eləcə də, bədii qiraət, rəqs, musiqi, rəsm çəkmək kimi işlər təqdim edilə bilər); 
2. Həmin videolardan bəhrələnməklə yeni məhsul hazırlamaq (məsələn, qiraət dərsinə baxmaqla şeir demək, sənətkarlıq dərsinə baxmaqla suvenir hazırlamaq, rəsm dərsinə baxmaqla rəsm çəkmək və s.); 
3. Yaratdığı məhsulun hazırlanma prosesini və hazır variantını evdə mobil telefon vasitəsilə çəkmək (bu videodan məhsulun onun tərəfindən hazırlandığı aydın bilinməlidir); 
4. Həmin videonu (maksimum 15 dəqiqə olmalı, əgər dəqiqəsi artıqdırsa, mobil telefonun texniki imkanlarından istifadə edilməklə qısaldılması) "Facebook"da öz səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşmaq və bəhrələndiyi videodərsin linkini də əlavə etmək. 
Qeyd: Layihə üzrə müsabiqədə qeyd edilən sahələr üzrə yalnız həvəskar şəxslər iştirak edə bilər. Cari ilin may ayının 7-dək (videonun son yerləşdirilmə tarixi 1 may 2020-ci il, son qiymətləndirilmə tarixi 7 may 2020-ci il olmaqla) davam edəcək müsabiqədə iştirak edən şəxslərin hazırladığı və "Facebook"da ən çox bəyənilən (like) ilk üç video qalib olacaq.
Nəticədə, 1-ci yerin qalibinə 1000 manat, 2-ci və 3-cü yer sahiblərinə də pul mükafatı ilə yanaşı, hədiyyələr və sertifikatlar da təqdim ediləcək. Suallarla üzləşən vətəndaşlar "Deputat Qərargahında" yaradılmış İşçi qrupu ilə əlaqə saxlaya bilərlər (İş: 012 422 22 41, mob: 055 276 23 75). /oxu.az

Sosial       Tarix: 06 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou ən son xeberler son xəbərlər bugün 2026 en son xeberler bu gun