Koronavirus bəlası: lütfən, diqqətli olaq!

Koronavirus bəlası: lütfən, diqqətli olaq!Diqqətli, məsuliyyəti, ayıq olaq. Əfsuslar olsun ki, vətəndaşlarımız hələ də COVİD-19 koronavirus pandemiyasının nə qədər təhlükəli olduğunu başa düşmürlər. Dərk etmirik ki, məsuliyyətsiz davranmağa davam edəcəkləri təqdirdə hansı acınacaqlı nəticələrlə rastlaşa bilərik.
İş o yerdədir ki, bəziləri həətta infeksiyanın olmadığını iddia edir və ya deyilənlərin obyektivliyini şübhə altına almağa çalışırlar. Məktəblərin bağlanmasını bayram kimi qəbul edib uşaqları ilə qonaq gedənlər, küçələrdə gəzənlər, səfərlər edənlər başa düşmək istəmirlər ki, ən qiymətli varlıqların həyatı ilə oynayırlar, başqa insanları təhlükə qarşısında qoyurlar.
Halbuki...
Ayrı-ayrı ölkələrdəki vəziyyətə baxın, hər gün yüzlərlə insanın həyatını itirdiyi barədə məlumatları qulaq ardına vurmayın!
Birdəfəlik başa düşmək lazımdır ki, dövlət nə qədər çox iş görsə də, öz vətəndaşını qorumağa çalışsa da, vətəndaş özü özünü qorumasa, məsuliyyətli olmasa, deyilənləri ciddi qəbul edib çağırışlara, qaydalara riayət etməsə, hər gün özünü, ailəsini, uşaqlarını, qonşularını və ümumiyyətlə, cəmiyyəti ciddi təhlükə qarşısında qoymuş olacaq.
Və bu gün ən vacib, yoluxmamağa zəmanət verən və xəstəliyin acı nəticələrindən müdafiə edən yeganə vasitə evdə oturmaq, infeksiyaya yoluxmamaq və digərlərini yoluxdurmamaqdır.
Əgər İtaliya, ABŞ və İspaniyadakı vəziyyəti, koronavirusla bağlı fəlakətli situasiyanın Azərbaycanda təkrarlanmağını istəmiriksə, dövlət qurumlarının göstərişlərinə, karantin rejiminin şərtlərinə və rəsmi strukturların tövsiyələrinə mütləq əməl etməliyik.
Qeydsiz, şərtsiz!
Koronavirus bəlası: lütfən, diqqətli olaq!Cəmiyyətimizin koronavirus pandemiyası şəraitində davranmağının necəliyini bəlirləmək üçün, sadəcə, bir prinsip bəsdir: İtaliyanın səhvlərini təkrarlamamaq.
Koronavirus pandemiyasını dünya episentri indi Çində yox, İtaliyadadır. İtaliyada vəziyyət o qədər kritikdir ki, rəsmi Roma hətta Kuba, Rusiya və Çindən yardımlar alır. Halbuki ötən ay italyan siyasətçilər və dövlət adamları "ölkəmizdə vəziyyət nəzarətdədir, təşviş üçün heç bir əsas yoxdur" deyirdilər.
İtaliya niyə qlobal epidemiya qarşısında məğlub oldu?
Bu azmış kimi İspaniya və Fransa da İtaliyanın səhvlərini təkrarlayırlar.
Cəmi bir ay əvvəl İtaliyanın vətəndaşları koronavirusla bağlı Çində yaşananları təşvişlə izləsələr də, "bizdə belə olmaz" deyirdilər.
Fevralın ilk ongünlüyündə İtaliyada cəmi 3 (!) yoluxma faktı qeydə alınmışdı və o adamların üçü də Çindən gəlmişdilər. Onların hamısı Romadakı xəstəxanalardan birinin infeksion şöbəsinə yerləşdirilmişdi.
İtaliyada ilk "yerli" pasiyent 38 yaşlı kişi idi. Milandan 60 km aralıdakı Kodonyoda yaşayan bu idmançı yerli xəstəxanada atipik pnevmoniya diaqnozu ilə müalicə olunurdu. Virus tibbi personala keçdi. Alimlər yoluxmanın kimdən başladığını bəlirləyə bilmədiklərindən koronavirusun qarşısını almaq mümkün olmadı.
Ən başlıcası isə, İtaliyada koronavirusa yoluxanlar qripə yoluxduqlarına əmin idilər.
Həmin adamlar işə gedir, əylənir, kinoteatr və restoranlara baş çəkir, stadionların tribunalarında futbol klublarına azarkeşlik edirdilər.
Dəhşətli virus bu minvalla ətrafdakı insanlara ötürülürdü.
Yalnız fevralın 23-də, yoluxanların sayı 133 nəfəri keçəndə Lombardiya və Veneto əyalətlərində sakinlərinin toplam sayı 50 min nəfər olan, infeksiyanın daha çox qeydə alındığı 11 yaşayış məntəqəsi tam qapadıldı.
Koronavirus bəlası: lütfən, diqqətli olaq!Amma italyanlar yenə də çox arxayındılar. Məsələn, Demokratik Partiyanın lideri Nikola Zinqaretti İnstagram profilində əlində qədəh fotosunu paylaşaraq "Adətlərimizi dəyişməyək! Narahat deyilik!" yazmışdı.
Virus isə yayılırdı. Yoluxanların sayı 400-ə, ölənlərin sayı 14 nəfərə çatmışdı, amma italyanlar sosial şəbəkələrdə "bu virus Asiya mənşəlidir, asiyalılar yoluxur, bizə qorxusu yoxdur" yazırdılar.
Aviareyslər ləğv olunmamışdı, barlar, kafelər və restoranlar adi rejimdə işləyirdilər.
İtaliya iqtisadiyyatında turizm çox önəmli yer tutduğundan italyanlar turistlərin sayının azalmasını istəmirdilər.
Fevralın sonlarında N.Zinqaretti Facebook profilində yazdı: "Mən koronavirusa yoluxdum".
Koronavirus bəlası: lütfən, diqqətli olaq!Həmin gün İtaliyada koronavirusa yoluxanların sayı 5833 nəfərə, ölənlərin sayı 233 nəfrə çatmışdı.
Əhali isə yenə də laqeyd, arxayın, sanki şeç nə olmamış kimi davranan vəziyyətdə...
Martın 9-da ölkənin şimalında karantin rejimi elan ediləcəyi məlumatı yayılanda həmin bölgənin sakinləri İtaliyanın cənubuna axışdılar. Onlar deyirdilər ki, İtaliyanın cənubunda koronavirus yayılmayıb.
Cənuba yollandılar və koronavirusu da, təbii, özləri ilə apardılar.
COVİD-19 bu minvalla çox asanlıqla və sürətlə bütün İtaliyaya yayıldı.
Koronavirus bəlası: lütfən, diqqətli olaq!Ölkədə karantin rejimi elan olundu. Amma sosial izolyasiya tədbirlərinə riayət edən çox azdı. Çoxları karantini tətil kimi anladıqlarından bir-birlərinin evlərinə qonaq gedənlər, parklarda barbekü bişirənlər, əylənənlər həddən ziyadə idi. Marketlərdə və ictimai nəqliyyatda bəs deyincə adam vardı.
Avropa Birliyi ölkələri İtaliyaya yardım etmədilər. "Sivil Avropa" koronavirusun məşum faciəyə çevrildiyi İtaliyaya tibbi avadanlıq, dərman preparatları, hətta elementar maskalar yollamadılar
Koronavirusla bağlı Çində yaşananları az qala elmi-fantastik film kimi qəbul edən italyanlar, sanki, indi "ayılıblar".
Yalnız indi dərk edirlər ki, yaşları 65-dən yuxarı olan insanlar, yəni ahıllar koronavirus pandemiyasında ən riskli qrupdur.
Və yalnız indi küçəyə maskada çıxırlar.
İtaliyanın səhvləri indi İspaniya, ABŞ və Fransada təkrarlanır.
Həmin səhvləri təkrarlamağın çox sadə yolları var.
Karantin rejimində evdə qalmaq, sosial izolyasiya tələblərinə riayət etmək, səhhətinizdə problem hiss edən kimi həkimə müraciət etmək.
Koronavirus bəlası: lütfən, diqqətli olaq!Azərbaycanda koronavirusla bağlı situasiya nəzarətdədir. Dövlət qurumları bütün imkanlarını səfərbər edərək dəhşətli bəlanın yayılmasını dayandırmağa çalışırlar.
Və biz indi dövlətimizə dəstək olmalıyıq, sevdiklərimizi, dəyər verdiklərimizi qorumaq üçün tövsiyələrə və qaydalara riayət etməliyik.
Laqeyd, özündənrazı və biganə davranışın zamanı deyil.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Alimlər təsdiqlədi: Bizi kökəldən əsas qida bu imiş

Hətta qida rasionunun ümumi kalori miqdarı dəyişməsə belə, bəzi məhsullar bədən çəkisinin sürətlə artmasına birbaşa təsir göstərir. Yapon mütəxəssislər müəyyən ediblər ki, gündəlik qidalanmada çörəyin payının çox olması piylənm

Bu çay ürəyi qoruyur, stressi azaldır

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər bugün 2026 sonxeber az valyuta mezenesi