Koronavirus böyük bəladır, amma...

Koronavirus böyük bəladır, amma...Dünyada tüğyan edən, artıq 683 min insanın yoluxduğu COVİD-19 koronavirusu pandemiyası hələ səngiməyib. Hər ölkə bu bəlaya qarşı fərqli mübarizə aparsa da, ümumi yönlər və məqamlar da var. Karantin rejimi, ticarət və əyləncə obyektlərinin qapadılması, sosial izolyasiya tədbirləri, səhiyyə sisteminin fövqəladə fəaliyyət rejiminə keçirilməsi və s.
Fəqət, bəzi ölkələr koronavirusla mübarizədə daha aktiv, daha sürətli davranırlar, vətəndaşlarının səhhətini və təhlükəsizliyini təmin etmək üçün daha effektiv addımlar atırlar.
Koronavirusa yoluxub vəfat edənlərin meyitlərinin soyuducu maşınlarla daşındığı ABŞ, xəstəxanalarda yer qıtlığı yaşanan İtaliya, virusla mübarizədə məğlub duruma düşən İspaniya, bəlanın qarşısının alınması üçün ilkin mərhələdə çox yanlış addımlar atan Britaniya - bu ölkələrin hamısı dünyanın inkişaf etmiş dövlətləri olsalar da, pandemiya durumunda qəbul etdikləri qərarlar, yürütdükləri siyasət kəskin tənqid olunur.
Koronavirus böyük bəladır, amma...Azərbaycan isə tam əksinə, COVİD-19 pandemiyası başlanan gündən bəri intensiv qabaqlayıcı tədbirləri reallaşdırır. Dərhal, hamısını birdən yox - düşünülmüş şəkildə, mərhələlərlə, dəqiq hesablanmış strategiya və səbatlı taktika əsasında.
Bakıda "Yeni klinika" xəstəxanasının açılışında çıxış edərkən Prezident İlham Əliyevin dedikləri proqram nitqi idi əslində.
""Yeni klinika" ən son, ən müasir standartlara cavab verən tibb müəssisəsi olmaqla bahəm, burada təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür.
Bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır.
"Yeni klinika" dövlət başçısının təşəbbüsü ilə inşa olunub. Müvafiq qərar qəbul olunanda bəziləri deyirdilər ki, bəs zərurət yoxdur, son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi. Bu səbədən də yeni xəstəxananın inşası lazımsız bilinirdi.
Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki bu gündən etibarən "Yeni klinika"da koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi, əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaq.
Xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu.
Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcək. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək.
Koronavirus xəstələrinin buraya yerləşdirilməsi ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası vətəndaşların ixtiyarına verildi.
Bütövlükdə isə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb. 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Üç-dörd şəhərdə mərkəzi rayon xəstəxanasının tikintisi davam edir və yaxın vaxtlarda orada açılışlar gözlənilir. Təkcə bu il Qazax, Goranboy və Şəmkir şəhərlərində mənim iştirakımla mərkəzi rayon xəstəxanalarının açılışı olub. Təsəvvür edin, əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz, əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi.
Koronavirus böyük bəladır, amma...2004-cü ildə İlham Əliyev hələ Prezident kimi fəaliyyətimə yenicə başlamışdı. Lənkəran şəhərində yaşayış binasının çökməsi nəticəsində bir neçə insan həlak oldu, bir çox insan yaralandı. Dövlət başçısı dərhal Lənkərana getdi, xəstələrə baş çəkdi və orada gördüyüm mənzərə İ.Əliyevi dəhşətə gətirdi. Çünki xəstəxana adlandırılan o binaya xəstəxana demək qətiyyən mümkün deyildi. Yəni, dağılmış bina, çürümüş avadanlıq, palatalarda heç bir avadanlıq yox idi, adi yataqlar qoyulmuşdu.
Dedim ki, bu, nədir? Dedilər ki, bizim mərkəzi rayon xəstəxanamızdır. Dedim ki, ağır xəstələr haradadır? Dedilər ki, reanimasiyada. Dedim aparın məni reanimasiyaya, mən onlara baş çəkmək istəyirəm. Sən demə, reanimasiya nə imiş? Biz bir mərtəbə qalxdıq, eyni otaq, eyni divarlar, eyni taxta yataq, bir dənə də avadanlıq yox idi. Dedim budur reanimasiya? Dedilər bəli. Bax, 2004-cü ildə bizim səhiyyə sistemimizin vəziyyəti bu idi. Mənim göstərişimlə dərhal Lənkəran şəhərində ilk dəfə olaraq müalicə-diaqnostika mərkəzinin tikintisinə start verildi. Ondan sonra bölgələrimizdə 20-yə yaxın müalicə-diaqnostika mərkəzi inşa edilmişdir. O ki qaldı, mərkəzi rayon xəstəxanalarının inşasına, dediyim kimi, bəlkə də iki şəhərdə hələ ki, bu xəstəxanalar lazımi səviyyədə deyil, ancaq onların da inşası nəzərdə tutulur", - dövlət başçısı söylədi.
Prezident bildirib: "Əgər bizdə bu infrastruktur olmasaydı, bu xəstəliyə qarşı necə mübarizə apara bilərdik?! Eyni zamanda, onu da bildirməliyik ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün isə bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir. Yəni, bütün bunları bir neçə il bundan əvvəl təsəvvür etmək belə mümkün deyildi. Ona görə həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində də böyük işlər görüldü. Bizim tələbələrimiz xarici ali tibb məktəblərinə ezam edildilər, həmçinin kurslarda təlim keçdilər. Odur ki, bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır. Hələ ki, bu istiqamətdə görüləsi işlər çoxdur.
Dünya tibb elmi sürətlə inkişaf edir. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun.
Bu sahədə əlavə işlərin görülməsi lazımdır.
Koronavirus böyük bəladır, amma...İicbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq.
Üç şəhərdə pilot layihə həyata keçirilib. O şəhərlərin sakinləri İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətindən çox razıdırlar, həkimlər də razıdırlar və xəstələr də lazımi müalicə alırlar. Ona görə bu ildən başlayaraq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulurdu. Ancaq koronavirus xəstəliyinin müdaxiləsi nəticəsində bu proqramın icrası müəyyən dərəcədə təxirə salına bilər. Çünki biz öz addımlarımızı vəziyyətə görə atmalıyıq.
Koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlanılır. Halbuki ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir və məhz qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik".
Dövlət başçısı daha sonra söylədi: "Beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır".
İ.Əliyev daha sonra iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirib: "Onların arasında ölkəmizin ən böyük oteli olan "Bulvar Hotel" bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. "Qafqaz", "Pullman" otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik".
Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək - bundan böyük addım ola bilməz. Ona görə əvvəlki dövrlərdə qəbul edilmiş bütün qərarlar vəziyyətə uyğun verilirdi, o cümlədən ictimai iaşə obyektlərinin iş qrafikinin məhdudlaşdırılması da.
Karantin rejimi ilə bağlı Prezident söyləyib: "Çünki biz başa düşürük ki, insanlar artıq buna öyrəşib, bəzi insanlar artıq öz evlərində yemək bişirmirlər, gedirlər ictimai iaşə obyektlərində qidalanırlar. Biz başa düşürdük ki, bəri başdan bu obyektləri bağlamaq olmaz. Biz tədricən bunu etdik, iş rejimini məhdudlaşdırdıq. Amma indi görürük ki, bu obyektlər koronavirus xəstəliyinin yayılmasında əfsuslar olsun böyük rol oynayır. Ona görə sabahdan etibarən bu obyektlər öz fəaliyyətini dayandırır. Biz bu elanı dünən axşam verdik ki, o obyektlərin sahibləri üçün müəyyən vaxt olsun, öz işlərini sahmana salsınlar, öz obyektlərinin fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görsünlər. O cümlədən ticarət obyektlərinin sahiblərinə də bir gün yarım vaxt verildi ki, öz işlərini sahmana salsınlar. Ona görə biz hər bir qərarı qəbul edərkən həm xəstələri, həm sahibkarları, həm də işləyən insanları düşünürük ki, bu vəziyyətdən az itkilərlə çıxaq".
Koronavirus böyük bəladır, amma...Əlbəttə, koronavirus ölkə iqtisadiyyatına da böyük zərbədir. Bizim iqtisadiyyatımız yanvar-fevral aylarında çox yüksək templərlə inkişaf edib. Təkcə onu demək kifayətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 6,7 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Qeyri-neft sektorunda sənaye istehsalı isə 21,7 faiz artıb. Bu, rekord göstəricidir. İnflyasiya 2,8 faizdir, əhalinin gəlirləri 9 faiz artıb. Yəni, bu artım inflyasiyanı böyük dərəcədə üstələyir. Orta əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Azərbaycana gələn turistlərin sayı yanvar-fevral aylarında 18 faiz artıb. Onu da nəzərə almalıyıq ki, son 5 il ərzində turistlərin sayı ardıcıllıqla artıbdır. Yəni, bütün bunlara indi elə bil ki, ara verilir. Əlbəttə ki, indiki şəraitdə bütün ölkələr böyük iqtisadi çətinliklərlə üzləşirlər. İnkişaf etmiş ölkələrin dövlət, hökumət başçıları artıq açıq bəyan edirlər ki, bu xəstəlik çox ciddi böhrana gətirib çıxaracaq. Eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları da artıq açıq şəkildə bəyan edirlər ki, bu xəstəlik və onun törətdiyi və törədə biləcəyi fəsadlar 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Dünya iqtisadiyyatına böyük zərbə vurulub. Üstəgəl neftin qiyməti iki dəfədən çox düşdü və 24 dollar səviyyəsindədir. Bu, əlbəttə ki, bizim üçün böyük itkilərə gətirib çıxaracaq.
Ancaq ölkə rəhbərliyinin əvvəlcədən qəbul edilmiş qərarlar əsasında gördüyü işlər imkan verəcək ki, biz bu sınaqdan da şərəflə çıxa bilək.
Amma hər kəs başa düşməlidir ki, dünya yeni dövrə qədəm qoyub. Bu, nə qədər davam edəcək heç kim bilmir. Xəstəlik nə qədər davam edəcək heç kim bilmir.
"Hesab edirəm ki, bütün proqnozlar şərti xarakter daşıyır. Bu xəstəliyin fəsadları özünü hansı formada büruzə verəcək? Bunu da biz bilmirik. Çünki biz hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəyik və özümüzü maksimum qorumalıyıq", - İ.Əliyev dedi.
Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün dövlət başçısının sərəncamı ilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına.
Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər.
"Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona "Çox sağ ol!" deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!" şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk", - İ.Əliyev dedi.
Bütün bunlarla belə, vətəndaşlarımızın bir qisminin karantin rejimində məsuliyyətsiz və laqeyd davranışı kimi problem də mövcuddur. Özü də çox ciddi problemdir.
Dövlət başçısı bu problemdən də yan keçməyib: "Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, "mən qorxmuram, mənə bir şey olmaz". Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək".
İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz, 2 nəfərdən çox. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır. Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır.
Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görürülür. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür.
Koronavirus böyük bəladır, amma...Ancaq həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər.
Dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir.
Amma məsuliyyət də lazımi səviyyədə olmalıdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az


Sağlamlıq     Baxılıb: 475   Tarix: 29 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Yaxşı yatmağa kömək edəcək üç "şah" məhsul

"Yuxu pozğunluqları müasir insanın ən geniş yayılmış problemlərindən biridir. Bunun əsas səbəbi isə sirkad ritmlərə riayət edilməməsi və ya "sosial jet laq" adlanan vəziyyətdir". KONKRET.azxəbər veri

Dərman və peyvənd üçün istifadə olunan iynələr tarix olur

Elm adamları, kalmardan ilhamlanaraq inkişaf etdirdikləri mikrojet sistemindən istifadə edərək dərmanları birbaşa toxumaya çatdıra bilən üsul hazırlayıblar. -ə  istinadən xəbər verir ki, bu üsul makromolekulların daha effekti

Bu qadınlar ölüm riski ilə üz-üzə - Nə etməli?

Azərbaycanda ana ölümlərinin statistikası son illərdə narahatlıq doğurur. xəbər verir ki, 2023-cü ildə hər 100 diri doğulan uşaqdan 29,3-ü ana ölümü ilə nəticələnib. Bu rəqəm, əvvəlki il olan 14,7 ilə müqayisədə iki dəf

"Zob" dərmanları buna səbəb olur

Con Hopkins Universitetinin alimləri müəyyən ediblər ki, qalxanabənzər vəzi dərmanları ümumi sümük kütləsinin itirilməsinə və sümük sıxlığının azalmasına səbəb ola bilər. . bildirir ki, bu barədə məlumat yayıb. Bir neçə mark

Bu çörəklərdən uzaq durun - Həzm sistemini məhv edir

Həzm sistemi üçün zərərli hesab edilən çörək növləri adətən emal edilmiş tərkibi və az qida dəyəri ilə seçilir. xəbər edir ki, bu növ çörəklər uzunmüddətli istehlakda həzm sisteminə mənfi təsir göstərə bilər:. Ağ çörək. Tərkibi

Bu insanlara kəsmik yemək tövsiyə olunmur - Təhlükəlidir

Kəsmik faydalı və zülal, kalsium kimi qidalandırıcı maddələrlə zəngindir. Lakin bəzi insanlar üçün bu qidanın istehlakı məhdudlaşdırılmalı və ya tamamilə dayandırılmalıdır. kəsmik yeməməsi tövsiyə olunan insanları təqdi

Çox içmək kişilərdə keçəlliyə səbəb olur - Alimlər

Pusan ​​Milli Universitetinin apardığı araşdırmada spirt istehlakı ilə saç tökülməsi arasında əlaqə aşkar edib. xəbər verir ki, elm adamları, müntəzəm olaraq spirtli içki qəbul edən kişilərin Androgenetik alopesiyaya (AGA

Niyə 25 yaşdan sonra orqanizmdə problemlər başlayır?

25 yaşdan sonra orqanizmdə ağrılar yaranmağa başlaya bilər, çünki bədən bir sıra fiziki və bioloji dəyişikliklərdən keçir. xəbər verir ki, bu dövr, bədənin inkişaf mərhələsinin sona çatması və həyatın yeni bir fazasına keçməs

Bu qidalar kişilərdə cinsi istəyi azaldır

Bəzi qidalar testosteron səviyyəsinin və cinsi istəyin azalmasına səbəb ola bilər. . -a istinadən xəbər verir ki, bunu uroloq, androloq, cərrah İlnur Agliullin bildirib. O, söhbətində kişilərdə libidonu azaldan məhsullar


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler son xəbərlər bugün 2024 sou biznes maşın realiti şou