Koronavirus: Ümumdünya təhlükəsi və zəruri dövlət tədbirləri

Koronavirus: Ümumdünya təhlükəsi və zəruri dövlət tədbirləriKoronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi dövlət başçısının ciddi nəzarəti altındadır. Koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il yanvarın 30-da "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.
Millət vəkili Tahir Mirkişili bildirib ki, hökumətin koronavirusla mübarizə üçün qətiyyətli və vaxtında atılan addımları nəticəsində virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olub:
"İnsanların sağlamlığını qorumaq üçün atılan sosial təcrid tədbirləri təbii olaraq, ölkədə iqtisadi fəaliyyətə də təsir etməkdədir. Bu baxımdan, dövlət başçısı cənab İlham Əliyevin zəruri dövlət dəstəyi istiqamətləri çərçivəsində 1 milyard manat vəsaitin ayrılması ilə bağlı imzaladığı Sərəncamı ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsini əhatə edir. Sərəncam sosial təcrid tədbirlərindən təsirlənən sahibkarların dövlət başçısının diqqətindən kənarda qalmadığını göstərir. Müxtəlif istiqamətlər üzrə dövlət dəstəyinin və stimullaşdırıcı tədbirlərin təcili həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlar iqtisadi subyektlər üçün mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun dəstək tədbirləri ilə bağlı təhlillərə başlaması onu deməyə əsas verir ki, bu tədbirlər geniş spektri əhatə edəcək.
İndiki şəraitdə fiziki və hüquqi şəxslərin, vətəndaşların yaranmış şərait nəticəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsində, gündəlik, aylıq gəlir əldə edilməsində, işçilərin ixtisar edilməməsində isə dəstəyə ehtiyacları vardır. Digər tərəfdən alternativ, müasir, təmassız xidmətlərin də stimullaşdırılması zəruridir.
Dövlətin də atacağı addımların əsasən bu istiqamətlərdə olacağını düşünürəm. Ölkəmizdə aparılan iqtisadi islahatlar, çevik iqtisadi siyasət bu tədbirlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır.
Əminəm ki, həyata keçiriləcək tədbirlər nəticəsində iqtisadi subyektlərimiz böhrandan daha az təsirlənəcək".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 27 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler