Koronavirus xəstələri hansı vitaminləri qəbul etməlidir? - Kardioloq TÖVSİYƏSİ
Koronavirus infeksiyasından sağalan xəstələr sağlamlıq vəziyyəti pis olduqda B qrupu və D vitaminlərini qəbul etməlidir.
Milli.Az xəbər verir ki, bu barədə kardioloq Tatyana Rıbka "Rossiyskaya qazeta" ya müsahibəsində danışıb.
Həkim həmçinin COVID-19-dan sağalanlara istirahət rejiminə riayət etmələrini və daha çox gəzmələrini tövsiyə edib. Eyni zamanda, o, xəstəliyə yeni yoluxmuş və ya soyuqdəymə simptomları olanlara dərhal həkimə müraciət etməyi məsləhət görüb.
"Müalicə rejimləri işlənib hazırlanıb, bir çox hallarda evdə özünü təcrid rejiminə riayət etməklə müalicə etmək kifayətdir. Biz həkimlər yüzlərlə xəstə gördük: COVID-19-dan lazımi müalicə olunan insanlarda xəstəliyin uzunmüddətli nəticələrinin yaranma riski minimaldır" , - həkim qeyd edib.
Koronavirus pandemiyasının davam etdiyini deyən kardioloq həmçinin vətəndaşları bütün təhlükəsizlik tədbirlərinə riayət etməyə və maskaları unutmamağa çağırıb. (publika.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ