Koronavirusa qarşı immunitet 1 ay sonra təsirini itirir
Koronavirus (COVID-19) antikorları cəmi bir ayda azalaraq təsirini itirir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu, alimlərin yeni araşdırması nəticəsində məlum olub.
Mütəxəssislər qeyd edir ki, antikorlarla bağlı bu nəticə COVID-19-a qarşı vaksin tapmaq ümidlərini alt-üst edə bilər.
Araşdırmaçıların fikrincə, effektiv müalicə və vaksin tapılması üçün immunitetin COVID-19-a verdiyi reaksiyanı öyrənmək vacibdir. Antikorlar zamanla azalırsa, bu, potensial vaksinin qoruyucu təsirinin də bir müddət sonra yox olacağı və ya daha az təsirli olacağı anlamına gələ bilər. Belə olan halda təkrar yoluxmaları qabaqlamaq üçün yenidən immunizasiya olunmağa ehtiyac yaranacaq.
Çinin Nankinq Universitetində tibb fakültəsinin əməkdaşları yeni bir araşdırma aparıblar. Belə ki, koronavirusa yoluxmuş 19 orta ağır, 7 ağır xəstə araşdırmaya cəlb olunub. Pasiyentlərdə immunitetin COVID-19-a qarşı reaksiyaları yoluxmanın aşkarlanmasından etibarən 7 həftə ərzində müşahidə formasında araşdırılıb. Xəstələrin əksəriyyətinin virusa qarşı antikoru inkişaf etdirdiyi qeydə alınıb, lakin alimlər xəstələrin bir hissəsində antikorların aktivliyinin təsirsiz səviyyədə inkişafı və təxminən 20 %-də immunitet reaksiyasının yaranmadığını üzə çıxarıblar.
"PLOS Pathogens" nəşrində dərc olunan araşdırmada isə xəstəxanadan çıxdıqdan 3-4 həftə sonra sağalmış xəstələrdə antikorların aktivliyinin əhəmiyyətli dərəcədə azaldığı qeyd olunub.
London Kral Kollecinin 96 nəfərin iştirakı ilə apardığı araşdırma sonucunda isə məlum olub ki, iştirakçıların 60%-də xəstəliyin pik dövründə immunitet COVID-19-a qarşı güclü reaksiya göstərdiyi halda, 3 aydan sonra bu rəqəm 17 %-ə düşüb.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar