Koronavirusa yoluxan şəxslər niyə hələ də qaydalara riayət etmir? - Ekspert SƏBƏBLƏRİ AÇIQLADI
Artıq iki ilə yaxındır ki, pandemiya şəraitində yaşayırıq. Lakin hələ də pandemiya qaydalarına riayət etməyən şəxslərin sayı kifayət qədərdir. Hər gün mətbuatda ictimai yerdə aşkarlanan koronavirus xəstələri ilə bağlı xəbərlər oxuyuruq. Bu şəxslər digərlərini də yoluxdurmaqla yanaşı cəmiyyətdə müxtəlif sosial problemlərə yol açır.
Bəs görəsən, vətəndaşların məsuliyyətisizliyi nədən irəli gəlir? Bu istiqamətdə hansı işlər görülməlidir?
Mövzu ilə ağlı KONKRET.az-a danışan sosial-psixoloq Əhəd Kazımov bildirib ki, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir:
"Biz elə bilirik ki, hər bir vətəndaş qoyulan qadağalara birmənalı olaraq əməl edir. Koronavirusa yoluxan şəxslərin son dövrlərdə ictimai yerlərdə aşkarlanması əslində maarifləndirmə işinin zəif olmasından irəli gəlir. İki il öncə pandemiyanın ilkin dövrlərində maarifləndirmə işi, sosial çarxlar davamlı idi və effektiv rol oynayırdı. Ona görə də, maarifləndirmə işini yenidən gücləndirməli, sosial çarxlar çəkilməlidir. Çünki hələ pandemiya bitməyib. İnsanlar hələ də virusa yoluxaraq xəstələnir və həyatını itirir. Məsuliyyətli olmaq hər birimizin vətəndaşlıq borcudur".
Ə.Kazımov bildirib ki, günəmuzd işləyən şəxslər bəzən buna məcbur olur:
"Bəzi şəxslər günəmuzd işləyir. Onlar gündəlik çörək pulunu qazanmaq üçün xəstə olsa belə işə getməlidir. Belə insanlara yardım edilməlidir. Bu məsələ ilə aidiyyatı qurumlar məşğul olmalıdır. Dövlət qurumları, QHT-lər də bu işdə fəallıq göstərməli, maliyyə məsələsi həll olunmalıdır. Həmin şəxslərə hansısa formada yardım edilməlidir. Dövlət büdcəsindən buna görə vəsait ayrıla bilər. QHT-lər isə ianələr əsasında bu işi təşkil edə bilərlər".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto