Koronavirusa yoluxanlar hələ də dərmanla təmin edilirlər? - AÇIQLAMA
Uzun müddətdir ki, Azərbaycanda koronavirusa yoluxma statistikaları stabil şəkildə qalır. Yoluxma sayları əsasən 50-100 nəfər arasında dəyişir. Bu vəziyyət virusun əvvəlki qədər cəmiyyətdə gündəm olmaması görüntüsü yaradır. Bəs görəsən bu hal koronavirusa yoluxmuş insanlarla bağlı prosedurlarda hər hansı dəyişikliyə yol açıbmı? Karantin qaydalarında və ya yoluxanların dərman vasitələri ilə təmin edilməsi əvvəlki standartlar üzrə aparılırmı?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Yeniavaz.com-a bildirilib ki, koronavirusa yoluxmuş xəstələrin müalicəsi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ev şəraitində və tibb müəssisələrində stasionar formada təşkil olunur:
"Ev şəraitində müalicə alan xəstələri qeydiyyat üzrə poliklinika həkimləri nəzarətə götürürlər. Xəstələri müşahidə edərək onlara məsləhətlər verirlər. Əgər xəstədə ağırlaşma baş verərsə, xəstə Məhəmmədidəki modul tipli xəstəxanaya hospitalizasiya olunur.
Simptomları olan vətəndaşlar test götürülən məntəqələrə müraciət edə bilərlər. Testin cavabı çıxana qədər isə onların ev şəraitində təcrid olunmaları tövsiyə edilir. Testin cavabı pozitiv olan şəxslər yaşayış yeri üzrə poliklinika və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülür.
Koronavirusun ev şəraitində müalicəsi üçün dərmanlar və həkim müşahidəsi təmin edilir. Antiviral dərmanlar isə stasionar şəraitdə müalicə alan xəstələrə verilir. Xəstələrə vitamin və bol maye qəbul etmək, istirahət tövsiyə olunur".
Qurumdan həmçinin bildirilib ki, yoluxanların təcrid olunma müddəti 7 günə endirilib:
"Nazirlər Kabinetinin 22 Yanvar 2022-ci il qərarı ilə laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb".

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı
"Oyun bir qədər çirkin alındı" - Dambrauskas
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır