Koronavirusdan qorunmaq üçün sığınacaqlara enən insanlar
Koronavirus epidemiyasına görə indiyə qədər təxminən 10 mindən çox insan həyatını itirdi. Virusa yoluxmuşların sayı isə 200.000 rəqəmini keçdi. Virusdan təsirlənən ölkələrdəki insanlar, xəstələnməmək üçün tədbirlər görürlər. Kiçik bir azlıq isə uzun bir zamandır bu kimi insanlığı təhdid edəcək vəziyyətlər üçün hazırlanırdılar.
İllərdir ərzaq, dərman və silah yığaraq ola biləcək bir fəlakət ssenarisinə hazırlanan insanlar, koronavirus epidemiyası ilə birgə yenidən gündəmə gəldilər. Jurnalistlər, koronavirus epidemiyasına qarşı sığınacaqlarında yaşamağa başlayan insanlarla danışaraq gündəm haqqında fikirlərini soruşdu.
ABŞ-ın İllinoys ştatında yaşayan 67 yaşındakı Deyl Lambert, illərdir koronavirus epidemiyasına bənzər hallar üçün hazırlıq etdiyini söyləyir. Virus epidemiyası səbəbi ilə davam etdirdiyi karantin müddətinin illərlə davam edə biləcəyini söyləyən Lambert, bir ilə çatacaq qədər ərzağı olduğunu ifadə etdi. Evindən 1.5 km uzaqda qida yığan Lambert, gündə 40 vitamin aldığını, xəstəlikdən qorunmanın ən yaxşı yolunun immuniteti qorumaq olduğunu söylədi.
59 yaşlı Ceyms Vesli Ravles isə 15 ildir özünü və ailəsini qorumaq üçün fəlakət ssenarilərinə qarşı hazırlıq etdiyini söyləyir. 4 il boyunca özlərinə çatacaq qədər qidanın olduğunu söyləyən Ravles, N95 üz maskası və yüzlərlə lateks əlcəyi anbarında saxladığını açıqladı.
Şəhərlərdən və qəsəbələrdən uzaq bir sahədə yeraltında qurduğu sığınacaqda ailəsi ilə birgə yaşayan Ravles, ovçuluq edərək və tarlası ilə məşğul olaraq günlərini keçirdiyini ifadə edir. 1992-ci ildən bəri bu formada yaşadığını söyləyən adam, yalnız qoruyucu vəsaitlərdə deyil, qida maddələrində də irəlidə problem yaşanacağını söyləyir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ