Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər verilməyib? - RƏSMİ AÇIQLAMA

Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər verilməyib? - RƏSMİ AÇIQLAMAKoronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər verilməyib? - RƏSMİ AÇIQLAMA
Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin əməkdaşları pandemiya dövründə onlara əmək haqlarından əlavə ödənişlərin verilmədiyini deyirlər.
Bu barədə Oxu.Az-a Qusar rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin bir qrup əməkdaşı məlumat verib. Onlar bildirib ki, ötən ayların heç biri üzrə əlavə ödəniş almayıblar:
Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər verilməyib? - RƏSMİ AÇIQLAMA"Ölkə başçısı yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə əlavə ödənişlərin verilməsi ilə bağlı sərəncam imzalayıb. Lakin bu sərəncamdan irəli gələn prosedurlar yerinə yetirilmir.
Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödənişlər verilməyib? - RƏSMİ AÇIQLAMABütün rayonlarda çalışan həmkarlarımızla əlaqə saxlamışıq, onlar əlavə ödənişləri aldıqlarını deyirlər. Başa düşə bilmirik, nə üçün bizə heç bir ay üzrə heç bir ödəniş edilmir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, cavab verən yoxdur. Xahiş edirəm, bu məsələnin aydınlaşdırılmasına kömək edəsiniz".
Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirdilər ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq müddətli əlavə ödənilib:
"Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilər haqqında siyahı dövlət tibb müəssisələri tərəfindən Agentliyə göndərilir. Nəzərinizə çatdırırıq ki, mart ayı üzrə göndərilən siyahılara uyğun olaraq, Agentlik tərəfindən Qusar rayon Mərkəzi Xəstəxanasından təcili tibbi yardım xidməti göstərən 36 nəfərə aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində cəmi 9 min 977 manat 74 qəpik, aprel ayı üzrə isə sözügedən tibb müəssisəsindən təcili tibbi yardım xidməti göstərən 31 nəfərə aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində cəmi 7 min 235 manat 6 qəpik ödənilib".
Agentlikdən onu da bildiriblər ki, may ayı üzrə 13 tibb müəssisəsi, o cümlədən Qusar Rayon Mərkəzi Xəstəxanası koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilər haqqında siyahını Agentliyə təqdim etməyib:
"Dövlət tibb müəssisələri tərəfindən təqdim ediləcək siyahılara uyğun olaraq Agentlik tərəfindən may ayı üzrə də müddətli əlavələr ödəniləcək".
Xatırladaq ki, Baş nazir Əli Əsədov "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli, 112 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin ödənilməsi iyulun 1-dək davam edəcək.
Könül Cəfərli 

Sosial       Tarix: 24 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun cəbhədən görüntülər bugünki xəbərlər xəbərlər