"Koronavirusla mübarizə tədbirləri görən dövlət həm sahibkarın, həm də işçinin maraqlarını qoruyur"

"Koronavirusla mübarizə tədbirləri görən dövlət həm sahibkarın, həm də işçinin maraqlarını qoruyur"Koronavirusla mübarizə tədbirləri görən dövlət həm sahibkarın, həm də işçinin maraqlarını qoruyur.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsi və səhiyyə məsələləri həmişə prioritet istiqamət olub. Bu vəziyyət bir daha göstərdi ki, Azərbaycan dövləti daxili prioritetləri vaxtında və çox düzgün müəyyən edib.
"Dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə Azərbaycan ən optimal və effektli tədbirlər görən ölkələr sırasındadır. Prezident İlham Əliyev koronavirus infeksiyası aşkar olunan ilk gündən vəziyyəti öz nəzarətinə götürmüş, gömrük-keçid rejimi, xaricdəki vətəndaşlarımızın təxliyəsi, Baş Nazirin rəhbərlik etdiyi 24 saat ərzində fəaliyyət göstərən Operativ Qərargahın yaradılması, diaqnostik laboratoriyaların, tibbi yardım ləvazimatlarının və dərman vasitələrinin, o cümlədən, profilaktik yardım vasitələrinin alınıb gətirilməsi tədbirləri haqqında ardıcıl göstəriş və tapşırıqlar vermişdir. Hazırda ölkədə ciddi karantin rejimi hökm sürür və hər şey hökumətin nəzarəti altındadır".
Komitə sədri vurğulayıb ki, koronavirus infeksiyasının iş adamlarına, maliyyə-bank sektoruna, fiziki şəxslərə, aztəminatlı insanların həyatına göstərə biləcəyi mənfi təsirləri önləmək məqsədilə büdcədən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılması barədə Prezident İlham Əliyevin sərəncamı da məsələyə kompleks, bütün istiqamətlər nəzərə alınmaqla yanaşmanın ifadəsidir:
"Tibb işçiləri ilə görüşdə bu məsələlər haqqında ətraflı danışan dövlət başçısı biznes adamlarına öz minnətdarlığını bildirməklə yanaşı bir daha qeyd etdi ki, dövlət həmişə iş adamlarının arxasındadır və biz birlikdə bu sınaqdan da üzüağ çıxacağıq. Başqa bir məqam isə koronavirusla mübarizənin getdiyi bir dönəmdə iş yerlərinin qorunub saxlanılmasının vacibliyi, vətəndaşlarımızın sosial müdafiəsinin diqqətdə saxlanılmasının vurğulanmasıdır".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 mart 2020
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler