Koronavirusun yeni növü yayılır - Simptomlar belədir
Alimlər "XBB.1.5" adlı yeni variantın aşkarlandığını elan edərək, kritik xəbərdarlıqlar ediblər.
KONKRET.az Musavat.com-a istinadən bildirir ki, müvafiq olaraq, "XBB.1.5" koronavirusun əvvəlki növləri ilə müqayisədə daha sürətlə yoluxdurur.
Mütəxəssislər hesab edirlər ki, bu variant da sürətlə yayıla, səhiyyə sistemini çətin vəziyyətə sala bilər. Ona görə də alimlər indiki anda yaxın təmasdan çəkinməyi məsləhət görürlər. Bununla belə, alimlər hesab edirlər ki, yeni ştamm əvvəlkilərdən daha ağır xəstəliyə səbəb olmur.
Böyük Britaniyada təxminən 1 ay ərzində koronavirusa yoluxanların 4 faizində "XBB.1.5" aşkarlandığını bildirib.
Bununla belə, "XBB.1.5" in "Omicron"un mutasiyaya uğramış versiyası olduğu və ilk dəfə avqust ayında Hindistanda aşkarlandığı deyilir.
Uorvik Universitetinin virusoloqu, professor Lourens Yanq deyib: "XBB.1.5" variantı çox yoluxucudur və Nyu-Yorkda xüsusən də yaşlılar arasında xəstəxanaya yerləşdirmə sayının artmasına səbəb olur".
Mütəxəssislər "XBB.1.5" variantının simptomlarının "Omicron"la oxşar olduğunu açıqlayıb. Onlar aşağıdakılardır:
-Öskürək
-Soyuqdəymə hissi
– Qızdırma
-Boğaz ağrısı
– Bədən ağrıları

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı
"Oyun bir qədər çirkin alındı" - Dambrauskas
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır