Körpələr koronavirusa yoluxmur?
"Uşaqlarda anadangəlmə immunitet olduğuna görə onların bu xəstəliyə tutulma ehtimalı azdır, çünki onların orqanizmində olan müəyyən anticisimlər - söhbət heç də koronavirusa qarşı olanlardan getmir - uşaqları yoluxmadan qoruya bilər. Bu xəstəliyə qarşı hamı həssasdır. Yaşlılar ona görə bu xəstəliyə daha çox yoluxur və ağır keçirilər ki, onların immun sistemi yaşla əlaqədar olaraq zəifləmiş olur".
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, gənclərdə hansısa xroniki xəstəliklər varsa, koronavirus onlarda da ağır fəsadlarla nəticələnə bilər. Yeni doğulan körpələrin xəstəliyə tutulma ehtimalı barədə danışan mütəxəssis deyib ki, körpələrin bu virusa yoluxması sual altındadır və hələlik belə bir hal müşahidə olunmayıb: "Hətta doğuş yollarından yoluxma hallarına da rast gəlinməyib. Əgər ana xəstə olarsa, doğuş zamanı hava-damcı yolu ilə körpənin yoluxması mümkündür".
Baş infeksionist xəstəliyin əlamətlərinin özünü gec büruzə verdiyini bildirib və ona görə də zəruri olmadığı halda evdən çıxmamağı məsləhət görüb.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ