Körpəsini altı ay şkafda saxladı: Acından ölməsini gözlədi - VİDEO
Körpəsini altı ay şkafda saxladı: Acından ölməsini gözlədi - VİDEO
37 yaşlı qadın yeni doğulan körpəsini altı ay şkafda saxlayıb.
E1.ru-nun məlumatına görə, dəhşətli hadisə Rusiyanın Karpinsk şəhərində qeydə alınıb.
Tanışı İrinanın sözlərinə görə, Yuliya uşağı dünyaya gətirdikdən sonra hamıya onun öldüyünü deyib. Heç kimin uşağın sağ olmasından və şkafda çantada saxlanılmasından xəbəri olmayıb.
Qadının ondan başqa iki övladı da var: 13 yaşlı oğlu və üç yaşlı qızı.
"Oğlan nəyə görə isə susurdu, qız isə bağçada deyirdi ki, onların lap "canlı kimi" gəlinciyi var, adı Polinadır. Ancaq heç kim buna diqqət etmirdi, düşünürdülər ki, qız balacadır, bu da onun fantaziyasıdır.
Bir neçə gün öncə Yuliyanın dostları onun evinə yığışır, içki məclisi olur. Sonra qəribə səslər eşitməyə başlayırlar, ana bu vaxt artıq sərxoş idi. Qonaqlar səsin şkafdan gəldiyini görüb, qapını açırlar və çantanın içində uşağı görüblər.
Qonaqların əksəriyyəti içkili olub, ağlamağa, uşağı videoya çəkməyə başlayıblar. Uşağı dərhal evlərinə aparıblar. İçkili olduqlarından polis çağırmayıblar. Səhəri gün isə həm təcili yardım, həm də polis çağırırlar", - deyə İrina bildirib.
Yerli sakinlərdən birinin sözlərinə görə, qadın uşağı acından öldürmək istəyib, ancaq 13 yaşlı qardaşı onu yedirdib.
Məlumata görə, hazırda uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, qadın isə ruhi xəstəxanaya aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
(Həssas insanların videoya baxması tövsiyə olunmur)
/oxu.az
f PaylaşTezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb