Kosmetika istifadə edənləri gözləyən dəhşətli təhlükə! - PROFESSOR AÇIQLADI

Kosmetika istifadə edənləri gözləyən dəhşətli təhlükə! - PROFESSOR AÇIQLADIAralıq dənizi Dərman Aromatik Bitkilər Dərnəyinin başçısı, professor Nazim Şekeroğlu kosmetik məhsulların dəriyə zərərlərini izah edib.
Milli.Az xəbər verir ki, professor Antalyada keçirilən "3-cü Beynəlxalq Kosmetik Konqres" çərçivəsində verdiyi açıqlamda kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar olduğunu qeyd edib:
"Ölkəmizdə və dünyada kosmetik məhsulların istifadəsi getdikcə artır. İnsanlar gözəl olmaq, gənc qalmaq istəyirlər. Bunun üçün xüsusilə gənclər kimyəvi tərkibli kosmetik məhsullardan istifadə edirlər. Bir qadın gündə 12 fərqli kosmetik məhsul istifadə edir. Onların tərkibində 170 fərqli kimyəvi maddə var və əksəriyyəti ağır metallardan ibarətdir. Yemədiyiniz bir şeyi üzünüzə tətbiq etməyin. Əvəzinə daha təbii tərkibli məhsullara üstünlük verin".
Bir sıra qurumlarla birlikdə kimyəvi tərkibi olmayan sağlam kosmetik məhsullar istehsal etmək üçün çalışdıqlarını dilə gətirən Şekeroğlu sözlərinə belə davam edib:
"Beynəlxalq arenada Türkiyənin təbii kosmetikalarının ön plana çıxacağını düşünürük. Ən böyük istehsalçılar Çin və Hindistan olacaq. Türkiyə ilk beş ölkə arasında olacaq. Kosmetik məhsulların dövriyyəsinin dünyada 2025-ci ilə qədər 500 milyard dollara qalxması gözlənilir. Təbii kosmetikalar 50 milyard dollar təşkil edir. Lakin hesab edirəm ki, 2050-ci ildə təbii kosmetikalar 50 faizə çatacaq. Türkiyənin bu sektordakı payının daha da artacağını düşünürük".
Professor xüsusilə gənc yaşlarından tez-tez kosmetika istifadə edənlərdə dəri xərçəngi, iltihab və yaraların meydana gəlməsinin kosmetikaların tərkibindəki kimyəvi maddələrə bağlı olduğunu qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 17 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri yeni xeberler son xeberler en yeni xeberler sonxəbər kriminal bugun son xeberler bugun 2026 canli