Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?

Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?Kreditgötürərkən adətən məbləğə, faiz dərəcəsinə və aylıq ödənişə diqqət edirik. Amma kredit müddəti ərzində gözlənilməz hadisələr də baş verə bilər.İnsan xəstələnə, əmək qabiliyyətini, işini itirə və ya daha ağır həyat hadisəsiilə üzləşə bilər. Belə hallarda kredit üzrə ödənişləri davam etdirməkçətinləşir.
Məhz burisklərə görə kreditlə bağlı sığorta məhsulları mövcuddur. Bu sığortalarborcalanı, onun ailəsini və kredit təşkilatını gözlənilməz maliyyə yükündənqorumağa kömək edir.
azxeber.com xəbər verir ki, "Unibank" KB-nin şöbə müdiri Anar Allahverdiyev bildirir ki, kredit sığortalarına sadəcə əlavə xidmətkimi baxmaq doğru deyil:
"Kredituzunmüddətli maliyyə öhdəliyidir. Ona görə də müştəri yalnız bu gün ödəyəbiləcəyi məbləği yox, gələcəkdə baş verə biləcək riskləri də düşünməlidir.Sığorta bu risklər zamanı həm borcalanın, həm də ailəsinin maliyyə yükünüazaltmağa kömək edən qoruyucu mexanizmdir."
Məşğulluğun itirilməsi sığortası nədir?
Kredit müqavilələri üzrə borcalanın məşğulluğunun itirilməsi halından sığorta kredit götürənin işini itirməsi nəticəsində gəlirinin azalması və ya dayanması halında kredit ödənişlərinə dəstək vermək üçün nəzərdə tutulur.
Aydındır ki, insan işlədiyi müddətdə kreditini rahat ödəyə bilər. Amma iş yerində ixtisar olarsa, müəssisə bağlanarsa və ya əmək münasibətlərinə şəxsin iradəsindən asılı olmayan səbəblərlə xitam verilərsə, aylıq kredit ödənişləri çətinləşə bilər.
Belə hallarda sığorta müqaviləsinin şərtləri yerinə yetirilərsə, sığortaçı müəyyən müddət ərzində kredit üzrə aylıq ödənişlərin tam və ya bir hissəsini qarşılaya bilər. Bu, borcalana yeni iş tapmaq və gəlirini bərpa etmək üçün vaxt qazandırır.
Anar Allahverdiyevin sözlərinə görə, məşğulluğun itirilməsi sığortası borcalanın kredit tarixçəsinin qorunması baxımından da əhəmiyyətlidir:
"İşin itirilməsi çox vaxt gözlənilmədən baş verir və bu, insanın aylıq ödəniş planına birbaşa təsir edir. Məşğulluğun itirilməsi sığortası borcalana müəyyən müddət maliyyə rahatlığı yarada, gecikmə riskini azalda və kredit tarixçəsinin qorunmasına kömək edə bilər."
Bu sığorta hansı hallardaişləyir?
Məşğulluğun itirilməsi sığortası konkret müqavilənin şərtlərindən asılıdır.Amma ümumiolaraq bu hallar təminata daxil ola bilər:
işəgötürən tərəfindən ştatların və ya işçi sayının ixtisar edilməsi;
müəssisənin ləğv edilməsi və ya fəaliyyətinin dayandırılması;
işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə sığorta şərtlərində göstərilən əsaslarla xitam verilməsi;
müqavilədə ayrıca qeyd olunan digər qeyri-iradi iş itkisi halları.
Busığortanın əsas məntiqi odur ki, borcalan öz istəyindən asılı olmayan səbəbdənişini itiribsə, müəyyən müddət kredit ödənişlərində dəstək ala bilsin.
Hansı hallar istisna olabilər?
Məşğulluğun itirilməsi sığortası da bütün işdən çıxma hallarına aidedilmir. Məsələn,aşağıdakı hallar istisna oluna bilər:
borcalanın öz ərizəsi ilə işdən çıxması;
işdən azad ediləcəyini və ya ixtisar olunacağını əvvəlcədən bilməsi;
məşğulluq statusu və ya əmək münasibətləri barədə yanlış və ya natamam məlumat təqdim etməsi;
sığorta qaydalarında ayrıca istisna edilmiş digər hallar.
Bu səbəbdən müştəriyə əvvəlcədən aydın izah olunmalıdır ki, hansı işdənçıxma halları sığorta hadisəsi sayılır, hansı hallar isə sığorta təminatınadaxil deyil.
Ölüm və əmək qabiliyyətininitirilməsi sığortası nədir?
Kredit alan şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsindən sığortaborcalanın həyatı və sağlamlığı ilə bağlı ağır hallarda yaranan maliyyərisklərini azaltmaq üçün nəzərdə tutulur.
Əgər kredit götürən şəxs vəfatedərsə və ya xəstəlik, yaxud bədbəxt hadisə nəticəsində işləmək qabiliyyətinitam və ya müəyyən dərəcədə itirərsə, kreditin ödənilməsi çətinləşə bilər. Beləvəziyyətdə sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq kredit üzrə qalanborcun tam və ya bir hissəsi sığortaçı tərəfindən ödənilə bilər.
Bu məhsulun əsas məqsədi borcalanın ailəsinin üzərinə əlavə kredit yükünündüşməsinin qarşısını almaqdır. Eyni zamanda kredit üzrə öhdəliyin icraolunmaması riskini də azaldır.
Anar Allahverdiyev qeyd edir ki, bu sığortaxüsusilə ailəli və uzunmüddətli kredit götürən şəxslər üçün vacibdir:
"Borcalanın vəfatı və ya əmək qabiliyyətiniitirməsi təkcə şəxsin özünə deyil, ailəsinə də ciddi maliyyə təsiri göstərəbilər. Bu sığortanın məqsədi belə ağır hallarda kredit borcunun ailə üçün əlavəyükə çevrilməsinin qarşısını almaqdır."
Bu sığorta hansı riskləriəhatə edə bilər?
Ölüm və əmək qabiliyyətinin itirilməsi sığortası adətən bu halları əhatəedə bilər:
borcalanın vəfat etməsi;
bədbəxt hadisə və ya xəstəlik nəticəsində daimi tam əmək qabiliyyətinin itirilməsi;
müqavilə şərtlərindən asılı olaraq müəyyən dərəcədə əmək qabiliyyətinin itirilməsi;
bəzi hallarda əlilliklə bağlı risklər.
Sığorta hadisəsi təsdiqləndikdən sonra ödənişin məbləği kredit üzrə qalıqborca, sığorta məbləğinə, hadisənin növünə və müqavilədə yazılan şərtlərəəsasən müəyyən edilir.
Hansı hallar istisna olabilər?
Hər sığorta məhsulunda olduğu kimi, burada da bütün hadisələr avtomatikşəkildə sığorta ödənişi yaratmır. İstisnalar konkret sığorta qaydalarında vəmüqavilədə göstərilir.
Ümumi praktikada aşağıdakı hallar istisna edilə bilər:
sığortalının hadisənin baş verməsinə qəsdən səbəb olması;
sığorta müqaviləsi bağlanarkən sağlamlıq vəziyyəti və ya digər mühüm məlumatların qəsdən yanlış təqdim edilməsi;
əvvəlcədən mövcud olan xəstəliklərlə bağlı müqavilədə nəzərdə tutulmuş istisnalar;
müqavilədə göstərilən müddət, ərazi və digər şərtlərdən kənarda baş verən hadisələr.
Ona görə də müştəri sığorta müqaviləsini imzalayarkən hansı hallarıntəminata daxil olduğunu, hansı halların isə istisna sayıldığını əvvəlcədəndiqqətlə oxumalıdır.
Müştəri nəyə diqqət etməlidir?
Kreditlə bağlı sığorta məhsulu rəsmiləşdirilərkən müştəri yalnız sığortanınadını deyil, onun şərtlərini də bilməlidir. Xüsusilə bu məqamlara diqqət etmək vacibdir:
hansı risklər sığortalanır;
hansı hallar istisnadır;
sığorta ödənişi hansı məbləğdə və nə qədər müddətə verilir;
gözləmə müddəti varmı;
hadisə baş verdikdə hansı sənədlər təqdim edilməlidir;
sığorta ödənişi kredit borcunun hamısını, yoxsa yalnız müəyyən hissəsini qarşılayır.
Yekun olaraq, kredit sığortaları borcalanın gələcəkdə üzləşə biləcəyi ağır və gözlənilməz hallara qarşı maliyyə müdafiəsi yaradır. Ölüm vəəmək qabiliyyətinin itirilməsi sığortası ailəni böyük borc yükündən qorumağa,məşğulluğun itirilməsi sığortası isə işsiz qalma dövründə kredit ödənişlərininidarə olunmasına kömək edir.
Günel Hüseynli

İqtisadiyyat       Tarix: 15 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Azeri Light"ın qiyməti 104 dollara düşdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.78 dollar və ya 0,74% azalaraq 104.20 ABŞ dolları olub. Qeyd edək ki, ötən gün neftimiz 104.9

Yelo Bank Cəbrayılda birincilərin məktəb həyəcanına şərik oldu - FOTOLAR

Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır. Dövlətimiz tərəfindən həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində növbəti sevincli ünvanlarında

Azərbaycanda maaş artdı

2026-cı ilin yanvar - avqust ayları üzrə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. Sözügedə

İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var

Bu gün aldığın daşınmaz əmlak sabah nə qədər dəyərlənəcək?. İnvestisiya haqqında düşünəndə ən vacib suallardan biribudur: bu gün seçdiyin aktiv gələcəkdə sənə nə qazandıracaq? Düzgün lokasiyadavə düzgün seçimlə alınan əmlakı

Göygöldə "III Moruq Fest" keçirildi - FOTOLAR

Göygöl rayonunun Keşkü kəndində II Moruq Festivalı keçirilib. xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın tərəfdaşları arasında Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir

AzərbaycanHava Yolları 2026-cı il sentyabrın 15-dən etibarən Səudiyyə Ərəbistanının Ciddəşəhərinə müntəzəm uçuşları bərpa edir. xəbər verir ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbəaxşamı, çərşənbə

"SİMM – Süni İntellektlə Müasir Məktəb" layihəsinin praktiki təlim mərhələsinə start verilir

Azercell-in dəstəyi ilə həyata keçirilən "SİMM – Süni İntellektlə Müasir Məktəb" layihəsinin növbəti mərhələsinə start verilir. Təlimlər müəllimlərin süni intellekt alətlərindən tədris prosesində səmərəli istifad

Azərbaycan neftinin qiyməti 97 dolları ötdü

Dünya bazarında Azərbaycan neftinin qiyməti 97 dolları ötüb. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,08% artaraq 97,61 ABŞ dollarına yüksəlib

Bakıda mal ətinin qiyməti 23 manat oldu - Azərbaycanda niyə heyvan sayı azalıb?

Xəbər verdiyimiz kimi Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər. İqtisadç


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər cəbhədən video sonxəbər bugun xeberler