Kredit götürmək istəyənlərin diqqətinə! — Maaşınız 1000 manatdan azdırsa

Kredit götürmək istəyənlərin diqqətinə! — Maaşınız 1000 manatdan azdırsaBir çox vətəndaş kredit götürməyin hazırda əvvəlki illərlə müqayisədə daha çətin olduğunu bildirir. Banklara edilən müraciətlər zamanı gəlirlərin daha ciddi yoxlanılması, kredit məbləğlərinə qoyulan limitlər və borc yükünün hesablanması kimi tələblər əvvəlki dövrlərə nisbətən daha sərt tətbiq olunur. Bu yanaşma əsasən bank sektorunda risklərin azaldılması və vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaq məqsədi daşıyır. Son illərdə kreditlər üzrə müəyyən tənzimləmələrin tətbiqi, xüsusilə də borcun gəlirə nisbəti ilə bağlı limitlərin müəyyən edilməsi bankların kredit siyasətinə də təsir göstərib.
KONKRET.azxəbər verir ki, bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, kreditləşmə sahəsində ciddi məhdudiyyətlər və ya çətinləşdirmələr tətbiq olunmayıb:

"Mərkəzi Bankın risk əsaslı yanaşmasına uyğun şəkildə kredit kartları və bəzi kredit növləri üzrə müəyyən limitlər müəyyən edilib. Bu çərçivədə kredit kartları üçün maksimal məbləğ həddi müəyyən olunur. Seylək (təminatsız) kreditlər üzrə isə borcun gəlirlərə nisbəti DTI (Debt-to-Income) əmsalı tətbiq edilir. Bu əmsal şəxsin gəlirlərinin onun borc öhdəliklərinə nisbətini göstərir və kreditlərin verilməsi bu göstərici əsasında tənzimlənir. Seylək kreditlər üzrə bu göstərici 45 % səviyyəsində müəyyən edilib. Yəni, bir şəxsin bütün banklarda olan təminatsız kreditləri üzrə aylıq öhdəliklərinin cəmi onun aylıq gəlirinin 45 %-dən çox olmamalıdır. Məsələn, bir şəxsin aylıq xalis gəliri 1000 manatdırsa, onun bütün kredit ödənişlərinin cəmi 450 manatdan artıq olmamalıdır. Bu yanaşma artıq bir neçə ildir ki, tətbiq olunur və Mərkəzi Bankın risk əsaslı siyasətinin tərkib hissəsidir. Məqsəd şəxslərin həddindən artıq borclanmasının qarşısını almaq, borc yükünün artması səbəbindən kredit ödəmə qabiliyyətinin zəifləməsinin qarşısını almaq və eyni zamanda bankların kredit portfellərinin sağlamlığını qorumaqdır. Əvvəlki illərdə kredit kartları üzrə məbləğlər daha yüksək həddə verilirdi. Bəzən şəxsin aylıq gəlirinin 10, hətta 20 mislinə qədər kredit xətti açılırdı. Məsələn, aylıq gəliri 1000 manat olan şəxsə 10 000 manata qədər kredit kartı limiti verilə bilirdi. Lakin bu kreditlərdən istifadə zamanı şərtlər tam başa düşülmədikdə və ya qeyri-müntəzəm ödənişlər olduqda, həmin kreditlər sonradan problemli kreditlərə çevrilə bilirdi. Hazırda isə bu halların qarşısını almaq üçün daha ehtiyatlı və riskləri əvvəlcədən nəzərə alan siyasət həyata keçirilir. Müəyyən limitlər və tənzimləmələr tətbiq olunaraq həm bankların kredit portfellərinin sabitliyi qorunur, həm də şəxslərin kredit tarixçəsinin pozulmasının qarşısı alınır. Doğrudur, bu tədbirlər nəticəsində kreditlərin sayı və bəzi hallarda məbləği müəyyən qədər azala bilər. Lakin digər tərəfdən bunun bir sıra müsbət tərəfləri var. Ən başlıcası, vətəndaşların həddindən artıq borclanmasının qarşısı alınır, banklar problemli kreditlərdən və toksik aktivlərdən qorunur, həmçinin ümumilikdə maliyyə sektorunun dayanıqlılığı artır".
O deyib ki, banklar ölkədə iri vergi ödəyicilərindən biridir:
"Əgər problemli kreditlərin sayı artarsa və bankların gəlirləri azalarsa, bu da dolayısı ilə dövlət büdcəsinə ödənilən vergilərin və sosial ödənişlərin azalmasına səbəb ola bilər. Bu isə ümumilikdə iqtisadiyyata mənfi təsir göstərə bilər. Məhz buna görə də Mərkəzi Bankın bazarda bu cür tənzimləmə aparması əslində düzgün və zəruri siyasət hesab olunur. Bu yanaşma izafi borclanmanın qarşısını almağa və maliyyə sisteminin sabitliyini qorumağa xidmət edir. Əvvəlki illərdə bəzi hallarda kreditlər kifayət qədər riskli şəkildə, bəzən hətta xarici valyutada belə verilirdi. Hazırda isə bu proses daha ciddi nəzarət altındadır. Kreditlər daha çox ödəniş qabiliyyəti yüksək olan şəxslərə və risk meyarları diqqətlə qiymətləndirildikdən sonra verilir. Bu da gələcəkdə problemli kreditlərin yaranma ehtimalını xeyli azaldır".

Sosial       Tarix: 13 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…

Toyların sayında müşahidə olunan kəskin azalma toy sənayesini yeni reallıqlarla üz-üzə qoyub. Hazırda şadlıq sarayları, musiqiçilər, gəlinlik salonları, fotoqraflar maliyyə böhranı ilə üz-üzədirlər. Şadlıq sarayları böhranda

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu haqda Mill

Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bakalavrlar müsabiqənin nəticələri haqqınd

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər qarabag xeberler bugun 2026 valyuta məzənnələri