Kreml: "Türkiyə Rusiya ilə əməkdaşlığa görə sanksiyalara məruz qalmamalıdır"
"Türkiyə Rusiya ilə enerji sahəsində əməkdaşlığa görə sanksiyalara məruz qalmamalıdır, baxmayaraq ki, hər şey mümkündür".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Türkiyə enerji sektorunda Rusiya ilə əməkdaşlığa görə ikinci dərəcəli Qərb sanksiyaları altına düşməməlidir, lakin hər şey mümkündür.
"Xeyr, bu, hər hansı ikinci dərəcəli sanksiyalara səbəb ola bilməz və olmamalıdır. Amma təsəvvür etmək olar ki, ABŞ, Aİ ölkələri, Brüssel onlara tabe olmaq istəməyən hər hansı ölkəyə təzyiq göstərmək siyasətini davam etdirəcək", – Peskov deyib.
Daha əvvəl "Financial Times" öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri Rusiya ilə Türkiyə arasında əməkdaşlığın dərinləşməsindən narahatdır. Adı açıqlanmayan AB rəsmisi bildirib ki, Aİ Türkiyə-Rusiya əməkdaşlığını getdikcə daha yaxından izləyir.
Peskovun sözlərinə görə, Rusiya Federasiyası və Türkiyə tərəfindən milli valyutalarda hesablaşmaların payının artırılması dolları aşağı salmaq məqsədi daşımır.
Xuraman Etibarlı,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?