Kremldən İrəvana mesaj: "Aİ-yə gedə bilərsiniz, amma Rusiyanın hesabına yox"
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburg Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində "RİA Novosti" agentliyinə verdiyi açıqlamada İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələri tamamilə kəsmək ehtimalını şərh edib.
KONKRET.az xəbər verir ki, Overçuka görə, əgər İrəvan Avropa İttifaqında özünü Aİİ-dən daha yaxşı hiss edəcəyini düşünürsə, bu seçimi edə bilər, lakin bu addım Rusiyanın maraqlarına zərər vurmamalıdır.
"Biz ermənilərin özləri üçün nəyi daha yaxşı hesab etmələrinin tərəfdarıyıq. Əgər onlar Avropa İttifaqında daha rahat və daha yaxşı olacaqlarını düşünürlərsə, əlbəttə ki, oraya gedə bilərlər", — deyə Rusiya hökumətinin rəsmisi vurğulayıb.
Lakin o, eyni zamanda eyham vurub ki, rəsmi İrəvanın iqtisadi platformaları dəyişməsi Rusiyaya qarşı yönəlməməli və mövcud öhdəliklərə xələl gətirməməlidir.
Natiq Səlim,
KONKRET.az

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK